SON XƏBƏRLƏR

Ukrayna və Rusiya razılığa gəldilər

2021.10.20, 07:36
Ukrayna və Rusiya razılığa gəldilər

Gunaz.tv
Ukrayna və Rusiya razılığa gəldilər 717b82a9-58b7-46df-8040-3fadcc93e73b_w203_s.jpg «Qazprom» xəbər yayıb ki, Ukrayna bu səhər - əlavə şərt qoymadan müqaviləni bağlamağa razılıq verib Ukrayna və Rusiya qaz məsələsində razılığa gəldilər. «Qazprom» məlumat yayıb ki, yanvarın 12-də səhər Rusiya təbii qazının Avropaya nəqlini bərpa etmək barədə razılaşmanı yenidən imzalayıblar. Tərəflər bu şənbə-bazar Avropa Birliyinin vasitəçiliyi ilə qaz məsələsini müzakirə ediblər, bazar günü axşam – Rusiya Ukraynanı müqaviləni dəyişməkdə günahlandırıb. Ona görə də sənədi qüvvədən düşmüş elan edib. «Qazprom» xəbər yayıb ki, Ukrayna bu səhər - əlavə şərt qoymadan müqaviləni bağlamağa razılıq verib. Rusiyanın «Qazprom» şirkəti - Avropaya Ukrayna ərazisindən qaz nəqlini tamamilə kəsib, Moskva ilə Kiyev qazın qiyməti məsələsində razılığa gələ bilmirlər. Rusiya həm də Ukraynanı qaz oğurluğunda ittiham edir, Ukrayna bununla razılaşmır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar