SON XƏBƏRLƏR

Kastro bir daha adam arasına çıxmayacaq

2021.10.20, 07:36
Kastro bir daha adam arasına çıxmayacaq

Gunaz.tv
Kastro bir daha adam arasına çıxmayacaq kastro.jpg Kuba inqilabının lideri və “Azadlıq adası”nın keçmiş rəhbəri Fidel Kastro bundan sonra heç bir zaman ictimaiyyət arasına çıxmayacaq. Lent.az-ın “The Daily Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə onun şəxsi dostu, Venesuela prezidenti Uqo Çaves bildirib. Televiziya ilə çıxışı zamanı Çaves komandantenin səhhəti ilə bağlı heç bir məlumat verməyib. Bununla yanaşı o, əfsanəvi inqilabçının yaşayacağını bəyan edib: “Çünki o, əvvəlki kimi bizə lazımdır”. Fidel Kastro sonuncu dəfə ictimaiyyət qarşısına 2006-cı ilin iyulunda çıxıb. Bundan sonra mədəsində cərrahiyyə əməliyyatı aparılan Kuba lideri tərəfdaşları ilə ancaq qəzet vasitəsilə əlaqə saxlayır. Sonuncu dəfə onun şəkli Rusiya prezidenti Dmitri Medvedev və Çin lideri Xu Tszintao ilə görüşdə çəkilib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar