SON XƏBƏRLƏR

Israil HHQ Misir ərazisinə raket zərbələri endirib

2021.10.20, 07:36
Israil HHQ Misir ərazisinə raket zərbələri endirib

Gunaz.tv
Israil HHQ Misir ərazisinə raket zərbələri endirib İsrail təyyarələrinin Qəzza sektoru ilə Misir sərhədinə zərbələri nəticəsində 2 uşaq və 2 polis yaralanıb. Xəsarət alanlar hamısı təyyarələrin “Rəfah” nəzarət buraxılış məntəqəsinə endirdiyi raket qəlpələrindən yaralanıb. Misir hökumətinin məlumatına görə, bir neçə yaşayış və inzibati bina zədələnib. Israil ordusu komandanlığı hadisəni şərh etməyib. Reuters ------------------------------------------------------------------- “Nabukko” 2015-ci ildə hazır olacaq Türkiyədən keçməklə Avropaya nəql edilən orta asiya qazı alternativ qaz kəməri “Nabukko” 2015-ci ildə hazır olacaq. Bunu Çexiyanı avropa məsələləri üzrə vitse baş naziri Aleksandr Vondra deyib. Asiya qazını Avropaya nəql edəcək “Nabukko” qaz kəmərinin tikintisi 2015-ci ilə kimi yekunlaşa bilər”- Vondra deyib. Vitse baş nazirin sözlərinə görə, müvafiq layihə Çexiyanın Avropa Birliyinə sədrliyi zamanı sürətləndiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar