SON XƏBƏRLƏR

Ermənilərin “soyqırım” mahnısı “Eurovision-2009”-a buraxılmadı

2021.10.20, 07:36
Ermənilərin “soyqırım” mahnısı “Eurovision-2009”-a buraxılmadı

Gunaz.tv
Ermənilərin “soyqırım” mahnısı “Eurovision-2009”-a buraxılmadı sistem.jpg Türkiyənin kəskin etirazları və mahnının siyasi motivli olması belə bir qərarın verilməsinə səbəb olub Ermənistanı “Eurovision-2009”-da təmsil etmək niyyətində olan “Sistem of a Down” (SOAD) rok qrupunun arzusu ürəyində alıb. Avropa Yayım Birliyi yarışma üçün qondarma “erməni soyqırımı” haqqında mahnı hazırlayan qrupun “Eurovision-2009”-da iştirakına icazə verməyib. Avropa Yayım Birliyi qərarını mahnının siyasi motivli olması ilə izah edib. Qeyd edək ki, SOAD-ın qondarma “erməni soyqırımı”na həsr olunmuş mahnısının sözlərində Türkiyənin, Atatürkün, Nuru Paşanın, Tələt Paşanın və digər nüfuzlu şəxslərin ünvanına təhqiramiz ifadələr yer alıb. Türkiyənin kəskin etirazlarından sonra, həmçinin, mahnının siyasi motivli olması səbəbindən Avropa Yayım Birliyi qrupun “Eurovision-2009”-da iştirakına icazə verməyib. Onu da əlavə edək ki, “Eurovision”-un formatına əsasən, yarışmada siyasi motivli mahnılar ifa etmək qadağandır. Qrupdan da belə bir qərarın olduğunu və “Eurovision-2009”-da Ermənistanı təmsil etməyəcəklərini təsdiqləyiblər. Xatırladaq ki, “Eurovision-2009” yarışması Rusiyanın paytaxtı Moskvada keçiriləcək. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar