SON XƏBƏRLƏR

“ERGENEKON” İŞİ AZƏRBAYCANA ÇATDI

2021.10.20, 07:36
“ERGENEKON” İŞİ AZƏRBAYCANA ÇATDI

Gunaz.tv
“ERGENEKON” İŞİ AZƏRBAYCANA ÇATDI Türkiyənin ən qalmaqallı məhkəməsində şok gəlişmə Prokurorluq Vəli Kiçiyin azərbaycana silah verməsini, prezident seçkilərindəki rolunu və əlaqələrini araşdırır Türkiyədə son “Ergenekon” həbsləri ilə ölkədə neçə vaxtdır hökm sürən gərginlik daha da artıb. Aralarında 7 general da olmaqla, indiki iqtidara bu və ya başqa formada qarşı çıxan onlarla adamın qəfil basqınlarla terrorçu kimi həbs edilməsi belə görünür ki, silahlı qüvvələrin səbrini daşırmaq üzrədir. İndiyədək həbslərə, silahlı qüvvələrə qarşı planlı şəkildə həyata keçirilən gözdənsalma kampaniyasına təmkinlə yanaşan Baş Qərargah bir gün əvvəl ordu komandanları ilə fövqəladə toplantı keçirib. Daha sonra Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğ baş nazir Rəcəb Tayyib Ərdoğan və prezident Abdullah Güllə görüşüb. Bu görüşlər haqda Baş Qərargahın rəsmi internet saytında yayılan iki cümləlik açıqlamada deyilir ki, silahlı qüvvələrin gündəmdəki son hadisələr haqda mövqeyi çatdırılıb. Yüksək məhkəmə qurumları və dünyəvi dövlətin təminatçılarından olan, təhsil sistemində dünyəvi dəyərlərin qorunmasına nəzarət edən üstqurum Yüksək Təhsil Şurası, Vəkillər Kollegiyası və digər qurumlar da olduqca narahat görünürlər. Prosesləri təhlil edən müşahidəçilər deyirlər ki, Türkiyədə Mustafa Kamal Atatürkün qurduğu cümhuriyyət və onun qoruyucuları heç vaxt bu cür sarsıdılmamışdı. Belə görünür ki, dinçi çevrələrlə dünyəvilik tərəfdarları arasında çəkişmə artıq həlledici fazaya daxil olmaqdadır. Əgər dünyəvi dövlətin qoruyucularına və indiki iqtidara müxalif olanlara qarşı başlayan total hücuma müdaxilə edilməsə hətta keçmiş prezidentlər, müxalifət liderləri və yüksək məhkəmə qurumlarının üzvləri də həbs olunacaq. Daha bir ilginc detal bundan ibarətdir ki, həbs edilənlər arasında vaxtilə PKK terroruna qarşı ən sərt mübarizəni aparan bir çox nüfuzlu şəxslər var. Ona görə də PKK və onun himayədarları indi Türkiyədə baş verənlərdən ən çox məmnun qalan tərəflərdən biri sayılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar