SON XƏBƏRLƏR

Dollar bahalaşır

2021.10.20, 07:36
Dollar bahalaşır

Gunaz.tv
Dollar bahalaşır 12:37 10-01-2009 Azər Mehtiyev: “İlin ikinci rübündə manatın dəyəri düşəcək” Son üç gündə dolların məzənnəsi yüksəlməyə başlayıb. İndi dünyanın maliyyə birjalarında 1 avro 1 dollar 36 sentə dəyişdirilir. Dolların bahalaşması Azərbaycanda da hiss olunur. Srağagün hətta 1 ABŞ dolları 0,8214 manata dəyişdirilib. Milli Bankdan Lent.az-a bildiriblər ki, bir gün ərzində dolların dəyərindəki sıçrayış kənar təsirlərin nəticəsidir. Elə bu səbəbdən də kəskin bahalaşma uzun müddət davam edə bilməyib. Xatırladaq ki, hazırda Milli Bankın rəsmi məzənnəsinə görə, Azərbaycanda 1 dollar 0,8017 manata dəyişdirilir. Ekspertlər bildirirlər ki, dolların möhkəmlənməsi neftin bahalaşması və qiymətli kağızlar bazarında müşahidə olunan canlanma ilə izah olunur. İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev deyir ki, ABŞ iqtisadiyyatına inamın artması da dolların möhkəmlənməsinə təsir edən amillərdəndir. Onun sözlərinə görə, dollar dünyanın müxtəlif ölkələrində fərqli qiymət kursuna malik olacaq. Konkret olaraq Azərbaycana gəlincə, Azər Mehtiyev hesab edir ki, dolların kursunun möhkəmlənməsi ölkə iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Çünki qlobal iqtisadi böhran şəraitində zəif iqtisadiyyata malik ölkələrin valyutalarının tədricən dəyərdən düşməsi qaçılmaz olur. Onun sözlərinə görə, Azərbaycanın valyuta ehtiyatları manat-dollar məzənnəsində kəskin sıçrayışların qarşısını almağa imkan verir. Hətta manatın dəyəri dollara nisbətdə düşərsə, bu, tədrici xarakter daşıyacaq. Ekspert deyir ki, ötən ilin ortalarından Azərbaycanda valyuta daxilolmaları kəskin şəkildə azalmağa başlayıb. Bu il isə Dövlət Neft Fondundan büdcəyə 5 milyard manatın transfer olunacağı gözlənilir. Bunun əvəzində isə fonda daxil olan vəsaitlərin azalması əlavə problemlər yaradır. Azər Mehtiyevin fikrincə, ilin birinci rübündə olmasa da, ikinci rübdən başlayaraq, manatın məzənnəsi tədricən düşəcək. Onun sözlərinə görə, indiki halda manatın möhkəmləndirilməsi Azərbaycan üçün o qədər də sərfəli deyil: “Manatın məzənnəsinin düşməsi istənilən halda labüddür. Lakin bu, əhalidə narahatlıq yarada biləcək həddə deyil”. Yeri gəlmişkən, dolların bahalaşdığı bir vaxtda neftin qiymətində yenidən ucuzlaşma müşahidə olunur. Hazırda “layt” markalı neftin bir bareli 41 dollara, “brent” nefti isə 44 dollara satılır. Ekspertlər “qara qızıl”ın ucuzlaşmasını Birləşmiş Ştatlarda yanacaq ehtiyatlarının bir qədər də artması ilə əlaqələndirirlər. Elxan SALAHOV LENT.AZ Xəbərin oxunma sayı: 573

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar