SON XƏBƏRLƏR

ARDNŞ ötən il 22,6 milyon ton neft ixrac edib

2021.10.20, 07:36
ARDNŞ ötən il 22,6 milyon ton neft ixrac edib

Gunaz.tv
ARDNŞ ötən il 22,6 milyon ton neft ixrac edib 2008-ci il ərzində ARDNŞ ümumilikdə 22 mln. 588 min 176 ton neft ixrac edib. Rəsmi məlumata görə, ötən il ərzində Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Azərbaycanın ixrac boru kəməri ilə (BTC) xaricə 20 mln 469 min 22 ton neft tədarük edilib. Bundan başqa, 2008-ci ildə Bakı-Novorosiysk boru kəməri ilə 1 mln 386 min 22,3 ton neft ixrac olunub, Bakı-Batumi dəmir yolu ilə isə 326 min 30 ton, Bakı-Supsa neft boru kəməri ilə 407 min 101,7 ton neft ixrac edilib. 2008-ci ilin dekabr ayında ARDNŞ-in ixrac həcmləri 2 mln 9 min 112,5 ton təşkil edib. Dekabrda BTC ilə xaricə 1 mln 880 min 11,3 ton, Bakı-Novorosiysk boru kəməri ilə 82 min 506,8 ton, Bakı-Supsa boru kəməri ilə 246 min 694,4 ton neft nəql edilib, Bakı-Batumi boru kəməri istiqamətində isə neft ixrac edilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar