SON XƏBƏRLƏR

Obama: "Bu bəla çox çəkəcək"

2021.10.20, 07:36
Obama: "Bu bəla çox çəkəcək"

Gunaz.tv
Obama: "Bu bəla çox çəkəcək" ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama ölkə iqtisadiyyatının dircəlişi və infrastrukturun yenidən qurulmasına dair öz planlarını açıqlayıb. Obama prezident səlahiyyətlərinin icrasına rəsmən yanvarın 20-dən başlayacaq. Lakin o, Vaşinqtondakı Corc Meyson Universitetində çıxış edərkən Konqresi imzalanmağa hazır olan qanun layihəsini hazırlamağa çağırıb. Obamanın planı olduqca iddialıdır. Bu plan $800 milyard məbləğində vəsait tələb edir. "Bizi gələcəyə aparan iqtisadiyyatı qurmaq üçün biz, Amerikanı yenidən qurmağa başlamalıyıq",- deyib Obama. Onun sözlərinə görə, bu pulların əsas hissəsi işləyən amerikalılar üçün verginin azalmasına, yeni iş yerlərinin yaradılmasına, iqtisadi artıma xərclənəcək. Barak Obama eləcə də yeni, daha təsirli enerji sisteminin yaradılmasını, təmiz enerji istehsalının iki qat artırılmasını, İnternetə sürətli çıxışın genişləndirilməsini, elmi və texnoloji araşdırmalara sərmayelər edilməsini təklif edib. O, bütün spektrlərdən olan siyasi liderləri onunla birgə, özünün ifadə etdiyi kimi, gecə-gündüz, həftədə 7 gün işləməyə çağırıb: "Bizim fəaliyyətsiz dayandığımız hər bir gün daha çox amerikalıların öz iş yerlərini itirəcəyi deməkdir. Daha çox Amerika ailələri öz əmanətlərini itirər, arzular puça çaxar, ölkəmiz dərin böhrana qərq olunar." Obama deyib ki, o, iqtisadiyyat proqramına dair qanun layihəsini artıq gələn ay öz masası üzərində görmək istərdi. Lakin Konqresdə bu paketin nə dərəcədə böyük olması və pulların haradan gələcəyinə dair mübahisələr gedir. "Baş verən hadisələrin məcrasını dəyişmək üçün çox gec olduğuna qətiyyən inanmıram. Lakin dərhal, təcili şəkildə qərarlar qəbul etməsək çox gec ola bilər. Bir daha xatırladıram ki, Birləşmiş Ştatlarda istehsalat səviyyəsi son 28 ildə ən aşağı həddə düşüb. Bir çox amerikalılar ipoteka kreditlərini ödəyə bilmirlər. Vətəndaşlarımız gələcəkləri ilə bağlı təlaş keçirirlər", - Obama deyib. Onun sözlərinə görə, banklararası uçot stavkasının 0%-ə yaxın olduğu və iqtisadi fəallığın azaldığı şəraitdə hakimiyyət dairələri fövqəladə tədbirlərə əl atmalıdır. Yalnız hökumət dərin və uzun sürən iqtisadi durğulluqdan çıxmaq üçün yüksəlişi yaxın perspektivdə təmin edə bilər. Obama bildirib ki, prezident postunda fəaliyyətinin əsas prioriteti ABŞ iqtisadiyyatının dəstəklənməsi olacaq: "Bilirəm ki, nəzərdə tutduğum planın analoqu yoxdur. Di gəl, indi düçar olduğumuz vəziyyət də əvvəllər heç vaxt yaşanmayıb. Əgər ölkə lazımi addımlar atmazsa, resessiya illər uzunu davam edəcək, işsizlik isə ikirəqəmli həddə çatacaq. Reallaşdırmağa çalışdığım plan bir sıra tədbirləri, o cümlədən orta sinif mənsubları üçün vergilərin azaldılmasını nəzərdə tutur. İşləyən ailələrin 95%-nin ödədiyi vergilər $1000 azaldılacaq. Bundan başqa, işsizlik müavinətləri, tibbi sığortalar üzrə ödənişlər artırılacaq" Obama qeyd edib ki, ötən il ABŞ-da 2,8 milyon insan işini itirib:"Buna görə də 2011-ci ilədək 3 milyon yeni iş yeri yaratmaq fikrim var və planı gerçəkləşdirmək üçün demokratlarla yanaşı, respublikaçıların da dəstəyini almağa çalışacağam. Biznesin ödədiyi vergilər azaldılacaq, infrastrukun inkişafına, o cümlədən yol və məktəblərin tikintisinə ayrılan maliyyə vəsaiti çoxaldılacaq". "The Financial Times" isə hesab edir ki, 2009-cu ildə ABŞ-ın büdcə kəsirinin $1,2 trilyona çatacağı gözlənilir. Bu, Obamanın işini xeyli çətinləşdirəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar