SON XƏBƏRLƏR

QAZ RAZILIĞI

2021.10.20, 07:36
QAZ RAZILIĞI

Gunaz.tv
QAZ RAZILIĞI Rusiya, Ukrayna və Avropa Birliyi ortaq məxrəcə gələ bildi Rusiya qazının Ukrayna ərazisi ilə tranzitini təmin edəcək beynəlxalq mexanizmin yaradılması haqqında protokol imzalanacaq. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın "Qazprom" açıq səhmdar cəmiyyəti idarə heyətinin sədri Aleksey Miller prezident Dmitri Medvedyevlə görüşündə deyib. O, gün ərzində (yanvarın 9-da) protokolun imzalanacağına ümid etdiklərini söyləyərək bundan dərhal sonra qaz ixracına başlayacaqlarını bildirib. Avropa Komissiyası da qaz ixracının monitorinqinin aparılmasına dair razılıq əldə olunduğunu açıqlayıb. Komissiyanın nümayəndəsi Ferran Tarradellas Espuni yanvarın 8-də Brüsseldə aparılan danışıqlar, Rusiya və Ukrayna rəhbərliyi ilə müzakirələrdən sonra tərəflərlə razılığa gəldiklərini bəyan edib: "İndi tezliklə və gecikmədən Avropa Birliyi ölkələrini qazla təchiz etməyə başlamaq lazımdır". Dünən avropalı müşahidəçilər Rusiya qazının tranzitinə nəzarət etmək üçün Ukraynaya yollanıblar. Yanvarın 8-də "Naftoqaz Ukrainı" və Avropa Birliyi arasında müşahidəçilərin fəaliyyəti barədə saziş imzalanıb. Ukrayna tərəfi rusiyalı müşahidəçilərin də ölkəyə gəlişinə etiraz etmədiyini vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar