SON XƏBƏRLƏR

Obama: “İran ABŞ üçün bir təhlükədir”

2021.10.20, 07:36
Obama: “İran ABŞ üçün bir təhlükədir”

Gunaz.tv
Obama: “İran ABŞ üçün bir təhlükədir” obama-tetid.jpg ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama İranla bağlı mövqeyini açıqlayıb. Lent.az-ın məlumatına görə, Obama jurnalistlərin bu məsələ ilə bağlı sualını belə cavablandırıb: “İran həqiqətən bir təhlükədir, ancaq problemin diplomatik yolla həllinə üstünlük verirəm. Seçki kampaniyasında İranın ABŞ-ın təhlükəsizliyini təhdid etdiyini demişdim. Təhlükəsizlik baxımından məqsədə çatmaq üçün diplomatik danışıqlara üstünlük verilməsinin vacib olduğunu da vurğulamışdım. Bu, mənim xarici siyasətdə mövqeyimi əks etdirir”. Obama ABŞ-ın rəsmi Tehranla əlaqədar həyata keçirəcəyi siyasət barədə əlavə məlumat verməyib. “ABŞ-ın hazırkı prezidenti Corc Buşdur”, - deyə Barak Obama əlavə edib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar