SON XƏBƏRLƏR

Pakistanlı tədqiqatçı erməni uydurmalarını ifşa edib

2021.10.20, 07:36
Pakistanlı tədqiqatçı erməni uydurmalarını ifşa edib

Gunaz.tv
Pakistanlı tədqiqatçı erməni uydurmalarını ifşa edib ermenilere-qarshi-kitab100109-b.jpg Pakistanın tanınmış tədqiqatçısı, türkoloq Məsud Axtar Şeyxin erməni uydurmalarını ifşa edən “Yalanlar, Yalanlar, bir daha Yalanlar” kitabı Azərbaycan dilində nəşr edilib. Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən məlumata görə, 2007-ci ildə İslamabadda ingilis dilində nəşr edilən kitabda ermənilərin türklərə və azərbaycanlılara qarşı böhtan və iddialarının tarixi köklərinin və səbəblərinin tərəfsiz və bir çox xarici qaynaqlara əsaslanan dəlillərlə ifşa edilməsini nəzərə alan Azərbaycan səfirliyi kitabı Bakıda Azərbaycan dilində nəşr etdirib. Kitabda Ermənistan dövlətinin Azərbaycana təcavüzü və Dağlıq Qarabağ məsələsi, erməni terror təşkilatlarının Azərbaycanda törətdikləri qanlı terror aktları, ermənilər tərəfindən amansızlıqla qətlə yetirilmiş yüzlərlə insanın faciəsini əks etdirən Xocalı soyqırımı geniş işıqlandırılıb. “Yalanlar, Yalanlar, bir daha Yalanlar” kitabı Pakistanın Pəncab Universitetində magistratura pilləsində təhsil alan Azərbaycan vətəndaşı Babək Əhmədov tərəfindən tərcümə edilib və Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə Bakıda “Təhsil” nəşriyyatında çap olunub. Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudovun ön söz yazdığı kitabın redaktoru Azərbaycanın Pakistandakı səfiri Eynulla Mədətlidir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar