SON XƏBƏRLƏR

İşçi Partiyası “Ergenekon”la bağlı son həbslərə qarşı etiraz aksiyası keçirib

2021.10.20, 07:36
İşçi Partiyası “Ergenekon”la bağlı son həbslərə qarşı etiraz aksiyası keçirib

Gunaz.tv
İşçi Partiyası “Ergenekon”la bağlı son həbslərə qarşı etiraz aksiyası keçirib İstanbul-Mayis Əlizadə. Türkiyənin İşçi Partiyasının fəalları Beşiktaşda Ağır Cəza Məhkəməsinin qarşısında son həbslərlə bağlı etiraz mitinqi keçiriblər. APA-nın Türkiyə bürosunun məlumatına görə, “Ya istiqlal, ya ölüm”, “Tam müstəqil Türkiyə” şüarlarının səsləndirildiyi mitinqdə hazırda həbsdə olan İşçi Partiyasının sədri Doğu Perincəkin müraciəti oxunub. Müraciətdə bildirilir ki, “Mafiya-təriqət rejimi Türkiyə Silahlı Qüvvələrinə qarşı müxtəlif istiqamətlərdən hücuma keçib. Cümhuriyyətin dəyərləri və hüquq bir kənara atılaraq inkvizisiya hökm sürməkdədir. Xalqımızın milli hökumət tələbi əvvəl-axır reallaşacaq”. APA-nın Türkiyə bürosunun məlumatına görə, “Ergenekon” işi ilə bağlı son həbslərdən sonra Tələt Paşa Hərəkatının fövqəladə iclası çağırılıb. İclas sabah İstanbulda keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar