SON XƏBƏRLƏR

«Ergenekon»un silah anbarı tapıldı

2021.10.20, 07:36
«Ergenekon»un silah anbarı tapıldı

Gunaz.tv
«Ergenekon»un silah anbarı tapıldı cdaxweus.gif Generallar polisə ifadə verməkdən imtina ediblər Yanvarın 7-də terror təşkilatı olduğu iddia edilən “Ergenekon”la bağlı aparılan istintaq çərçivəsində həbs edilmiş 39 nəfərin İstanbul Əmniyyət Müdirliyində (polis təşkilatı) dindirilməsi davam edir. Təhlükəsizlik Şurasının keçmiş katibi, istefada olan ordu generalı Tuncər Qılınc, Hərbi Akademiyaların keçmiş komandanı, 2-ci ordunun sabiq komandanı, istefada olan ordu generalı Kamal Yavuz və Baş Qərargahın keçmiş hüquq müşaviri, istefada olan general Ərdal Şənəl polisə ifadə verməyəcəklərini və susmaq hüquqlarından istifadə edəcəklərini bildiriblər. generallar təcridxanada deyil, qonaqlar üçün ayrılmış otaqda saxlanılır. Qeyd edək ki, qanuna əsasən polis vətəndaşı 48 saat müddətinə saxlaya bilər. Prokurorlar bu müddəti 3 gün uzatmaq hüququna malikdir. Bu müddət bitdikdən sonra saxlanılan şəxslər ya buraxılmalı, ya da həbs qətimkan tədbiri seçilməsi tələbi ilə növbətçi məhkəmə önünə çıxarılmalıdır. Türkiyə Əmniyyət Müdirliyinin (polis təşkilatı) keçmiş Özəl Hərəkat (xüsusi əməliyyatlar) İdarəsinin rəisi, PKK terror təşkilatına qarşı mübarizə aparan xüsusi təyinatlı qüvvələrin (özəl tim) qurucusudur polkovnik İbrahim Şahinin evlərində aparılan araşdırma zamanı 9 tapança, hazırda ABŞ-da olan Yedditəpə Universitetinin rektoru Bədrəddin Dalanın kabinetindəki seyfdən isə 5 tapança tapılıb. İstintaq İ.Şahinin evindən tapılan sənədlər əsasında Orta Doğu Texniki Universitetinə aid ormanlıq ərazidə qazıntılara başlayıb və əsl silah cəbbəxanası aşkarlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar