SON XƏBƏRLƏR

Türkologiyanı ağır itkisi

2021.10.20, 07:36
Türkologiyanı ağır itkisi

Gunaz.tv
Türkologiyanı ağır itkisi Fransanın Azərbaycan mənşəli alimi İren xanım Melikoff dünyasını dəyişdi Fransanın Azərbaycan mənşəli məşhur şərqşünası, tarixçi-türkoloq İren xanım Melikoff 91 yaşında Strasburqda vəfat edib. Bu barədə Diaspora ilə İş Yzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat verib. 1917-ci ildə Sankt-Peterburqda anadan olan İren Melikoff Fransanın Sorbonna Universitetinin filologiya fakultəsini şərq dilləri üzrə bitirmişdi. Uzun illər Strasburq universitetinin Türkologiya və İranizm İnstitutuna rəhbərlik edən İren xanım Türkologiyanın İnkişafı Cəmiyyətinin, "Turcıca" jurnalının yaradıcısı və Türkiyə, Azərbaycan və İran fəlsəfəsi, filologiyası və tarixi üzrə bir sıra araşdırmaların - "Umur Paşa Dastanı", "Məlik Danişmənd", "Əbu Müslim Xorasani", "Türk sufizminin izi ilə", "Uyurduq, uyardılar", "Əfsanədən gerçəyə: Hacı Bektaş ve Qırxlar süfrəsi" kitabların müəllifi idi. Hələ sovet dönəmində azərbaycanlı həmkarları ilə sıx təmaslar quran Melikoff Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra tez-tez Bakıya səfərlər edirdi, Bakı Dövlət Universitetinin fəxri doktoru idi. Elmi xidmətlərinə görə Melikoff 10-a yaxın mükafata layiq görülmüşdü. Allah rəhmət eləsin.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar