SON XƏBƏRLƏR

RUSİYA MOSKVA BƏYANNAMƏSİNİN ÜSTÜNDƏN XƏTT ÇƏKDİ

2021.10.20, 07:36
RUSİYA MOSKVA BƏYANNAMƏSİNİN ÜSTÜNDƏN XƏTT ÇƏKDİ

Gunaz.tv
“RUSİYA MOSKVA BƏYANNAMƏSİNİN ÜSTÜNDƏN XƏTT ÇƏKDİ” Fazil Mustafanın partiyası Rusiyaya qarşı bəyanat verdi 1990.jpg Böyük Quruluş Partiyası Rusiyanın Ermənistana yenidən külli miqdarda silah verməsinə qarşı etiraz bəyanatı qəbul edib. Bəyanatda Rusiya Federasiyasının Ermənistanı silahlandırması qətiyyətlə pislənilir. Qeyd olunur ki, Rusiyanın bu addımı regionda münaqişə ocaqlarından birini yenidən qızışdırmaq, hərbi balansı təcavüzkar ölkənin xeyrinə dəyişdirmək, Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir: “Bu fakt Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi tutduğu statusa tamamilə ziddir. Rusiyanın bu addımı həmçinin ötən il imzalanmış Moskva bəyannaməsinin müddəalarının üstündən xətt çəkmək kimi qiymətləndirilməlidir”. Böyük Quruluş Partiyası Azərbaycan hakimiyyətini, ölkədəki bütün ictimai-siyasi və vətəndaş birliklərini, o cümlədən rus icmasını Rusiyanın işğalçı Ermənistanı birtərəfli qaydada silahlandırma siyasətinə kəskin etiraz etməyə çağırır. ETİBAR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar