SON XƏBƏRLƏR

“ƏL-QAİDƏ”nin PAKİSTANDAKI LİDERİ ÖLDÜRÜLDÜ

2021.10.20, 07:36
“ƏL-QAİDƏ”nin PAKİSTANDAKI LİDERİ ÖLDÜRÜLDÜ

Gunaz.tv
“ƏL-QAİDƏ”nin PAKİSTANDAKI LİDERİ ÖLDÜRÜLDÜ “əl-Qaidə” terror təşkilatının Pakistanda keçirilən əməliyyatlarına məsul olan şəxs və onun köməkçisi öldürülüb. APA-nın məlumatına görə, əslən Keniyadan olan Üsamə əl-Kini və köməkçisi Əhməd Səlim Svedan ötən həftə keçirilən xüsusi əməliyyat zamanı zərərsizləşdirilib. Adı çəkilən şəxslər ABŞ səfirliklərinə hücumlar təşkil etdiyinə görə Federal Təhqiqat Bürosunun “ən təhlükəli şəxslər” siyahısında təmsil olunur. Ötən il İslamabadda “Marriot” otelində törədilən və 60 nəfərin ölümünə səbəb olan partlayışın Üsamə əl-Kini tərəfindən təşkil olunduğu iddia edilirdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar