SON XƏBƏRLƏR

SOYDAŞIMIZI BAŞIAŞAĞI ASIB ŞALLAQLAYIBLAR

2021.10.20, 07:36
SOYDAŞIMIZI BAŞIAŞAĞI ASIB ŞALLAQLAYIBLAR

Gunaz.tv
SOYDAŞIMIZI BAŞIAŞAĞI ASIB ŞALLAQLAYIBLAR Güneyli hərəkatçı Həsən Əsədiyə dəhşətli işgəncələr verilib 108.jpg Güney Azərbaycan milli hərəkatının fəalı Həsən Əsədi fars şovinist rejiminin vəhşiliyi ilə üzləşib. Belə ki, o, həbsdə olduğu müddətdə olmazın işgəncələrə məruz qalıb. ETTELAAT-da H.Əsədini ipdən asaraq başıaşağı sallayıblar. Onun cinsi orqanına 2 kiloqramlıq daş bağlayaraq günlərlə şallaqlayıblar. Bununla da işgəncələrlə onu bir sıra sənədləri imzalamağa məcbur etmək istəyiblər. Ancaq H.Əsədi bu işgəncələrə sinə gərərək şovinistlərin arzusunu ürəyində qoyub. Bundan sonra Əsədini işgəncə makinasına bağlayaraq ot kimi presləməklə əzab veriblər. Xəbərdə deyilir ki, bu alət insanın bir tərəfinə bağlanır və maşın əks tərəfdən hərəkət edərək adamın bədənini sıxır. Qurğu elə düzəldilib ki, bədəndə iz buraxmır. Çünki alətin presləyici hissəsi rezindəndir. Həbsxanada ölməsin deyə H.Əsədi koma vəziyyətində ailəsinə təhvil verilib. Bu haqda heç yerə məlumat ötürülməməsi üçün onları hədələyiblər. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar