SON XƏBƏRLƏR

Fələstinin “Həmas” hərəkatı da qətnaməni qəbul etməkdən boyun qaçırıb!

2021.10.20, 07:36
Fələstinin “Həmas” hərəkatı da qətnaməni qəbul etməkdən boyun qaçırıb!

Gunaz.tv
Fələstinin “Həmas” hərəkatı da qətnaməni qəbul etməkdən boyun qaçırıb! “BMT Təhlükəsizlik Şurasının Qəzza bölgəsində atəşin dərhal dayandırılması barədə qətnaməsinə baxmayaraq İsrail bölgədə hərbi əməliyyatları davam etdirəcək”. France Press agentliyinin məlumatına görə, bu açıqlamanı İsrailin baş naziri Ehud Olmert verib. «Bizim ordumuz İsrail vətəndaşlarının müdafiəsi üçün hərbi əməliyyatları davam etdirəcək. İsrailin cənubunda bu gün səhər baş vermiş raket atışması bir daha göstərdi ki, BMT-nin qətnaməsi qəbuledilməzdir və fələstinli terrorçu təşkilatlar tərəfindən ona əməl edilməyəcək». Fələstinin “Həmas” hərəkatı da qətnaməni qəbul etməkdən boyun qaçırıb. Hərəkatın Livandakı nümayəndəsi Raafat Morra bildirib ki, fələstinlilər onların maraqları və əsas məqsədləri nəzərə alınmayan qətnamənin qəbulunda maraqlı deyil. Qeyd edək ki, İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatlar nəticəsində 800 nəfərə yaxın insan ölüb. Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının 1860 saylı qətnaməsi yanvarın 8-də qəbul edilib. ABŞ bitərəf qalmaqla, 14 ölkənin lehinə səs verdiyi sənəddə İsrail ordusunun Qəzzadan çıxarılması və atəşin dərhal dayandırlması əksini tapıb. BMT Təhlükəsizlik Şurası Qəzza bölgəsində atəşin dərhal dayandırılmasını tələb edən qətnamə qəbul edib.ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar