SON XƏBƏRLƏR

İSRAIL-HƏMAS QARŞIDURMASI,TÜRKİYƏNİN AKTİVLİYİNƏ ZƏRURƏT YARADAN AMİLLƏR - Elnur Eltürk

2021.10.20, 07:36
İSRAIL-HƏMAS QARŞIDURMASI,TÜRKİYƏNİN AKTİVLİYİNƏ ZƏRURƏT YARADAN AMİLLƏR - Elnur Eltürk

Gunaz.tv
Yaxın şərq bu gün olav içində yanır.Necə illərdi sülhlə bağlı aparılan danışıqlar bu dəfədə fiaskoya uğradı.İsrail silahlı qüvvələri Qəzza şəhərini on gündən coxdur ki,havadan və qurudan zərbələr endirməkdədir.1948 ci ildən başlanan İsrail-Fələstin münaqişəsindən bu günə kimi yüz minlərlə insan öldürülüb və şikəst edilib. 2007 ci il dekabr ayının 27 dən başlayaraq İsrail ordusu “Həmas”ın zərərsizləşdirilməsi istiqamətində geniş miqyaslı hərbi əməliyyatlar keçirir.Rəsmi məlumatlara görə ölənlərin sayı 770 nəfərdən coxdur və yaralıların sayi 4000 mini keçməkdədir.Demək olar ki,Qəzzanın infrastrukturu və kommunikasiyası sıradan çıxarılıb.Artıq Livanın cənubundan İsrailə raket atılması bölgədə baş verən prosesləri daha da qızışdiracaqdır.Buna cavab olaraq İsraildə cavab olaraq 5 raketini Livana atıb.Bu onu göstərir ki,münaqişənin əhatə dairəsi genişləndirə bilər. İsrailə qarşı beynəlxalq qurumların və Ərəb liqası konkret olaraq müsəlman ölkələrindən bir xəbər çıxmır.Hətta Misir sərhədləri elə bağlayib ki,adı bir şeyədə nəzarət edirlər.Hətta Qəzzaya göndərilən humanitar yardımlarıda buraxmır.Amerika prezidenti Corc Buş İsrailin bu addımını “özünümüdafiə”haqqını olduğunu bildirir və BMT,ATƏT,Avropa Birliyi kimi təşkilatlar isə bunun beynelxalq hüqüq nöqteyi nəzərindən “düzgünlüyü“üzərindən baş sındırırlar.İsrailə ən sərt cavab verən dövlətlərdən biridə Venesuela dövlətidir və prezident Uqa Çaves artıq İsrailin səfirliyinin və diplomatlarının ölkədən çıxarılması haqqında əmr verib,ölkəsində yaşayan yəhudilərə öz ölkəsinin addımına etiraz etməkləri ilə bağlı müraciət edib.İsraildə Venesuellanın bu addımına cavab verəcəyini bildirib. İsrail-Həmas qarşıdurmasından ən cox yararlanan dövlət İrandır.Ümümiyyətlə İsrail-Amerika Həmasa endirdiyi zərbələrın bir ucu İranı gedib çıxır.Bir növ İranı –Hizbullahı cəzalandırmaq istəyirlər.Bu gün dünyada İsrail əleyhinə olan etirazları İran öz dövlət maraqlarına üçün istifadə edir və dünyada İsrailin soyqırımçi obrazını yarada bilir.Bundan sonra İsrail öz reputasiyasını bərpa etmək üçün uzun zaman gələcəkdir. İsrail siyasətçələri bunu dərk etmirlər.Sonradan bunun acisini yaşayacaqlar.Cünki zorakılıqla radikal addımlar məqsədə catmaq olmaz.Əksinə zorakılıqdan zorakılıq ortaya cıxacaq və şiddət daha da artacaqdır.”Həmas”ın məhv edilməsi regionda heç bir şeyi dəyişməyəcəkdir.Bu gün bölgədə Həmas kimi yüzlərlə təşkilatların yaranmasına şərait yaradan mühut var.Çünki İsrail-Amerika siyasətçiləri gözəl bilirlər ki,Həmas ın arxasında duran ölkə İrandır.Hərbi-iqtsadi və siyasi dəstəyini İran verir.Bu gün Həmas ın 30 milyona dollara yaxın büdcəsi var.Beynelxalq analitiklər məsələyə başqa rakrusdan yanaşırlar.Kembirc Üniversitetinin Yaxın şərq məsələləri üzrə təhlilcisi Corc Coufi “Amerikanın Səsi”nə verdiyi müsahibəsində İranın Həmasa yardımına inammadığını və çünki ərazinin tam təcrid olunduğunu bildirir.Amma digər ekspert Reva Bhalla isə İranın Hizbullahı və Həmas qaçaqmalçı yolla kömək göstərdiyini qeyd edir. Türkiyə münaqişə baş verən kimi İsrailə sərt etirazını bildirdi.Baş nazir Rəcəb Təyyub Ərdoğan diplomatik aktivlik göstərərək Misirə,İordaniya,Suriya səfər edərək münaqişənın sülh yolu ilə həllinin vacibliyini qeyd etdi.Suriya prezidenti Bəşər Əsəd Ərdoğana xitabən belə bir ifadədini dilə gətirdi ”baş verən münaqişələr Suriya-Türkiyə birgə siyasətini uzlaşmasını şərtləndirir.Biz birgə addım atmağa məcburuq”fikrini işlətməsi sözsüz ki,bu İsrail-Amerika tərəfindən bir mənalı qarşılanmayacaqdır. Mən bəlkə deyərdim ki,Türkiyə hələ indiyə kimi İsrailə belə etriraz etməmişdir.Bu gün İsrail-türkiyə əlaqələri yüksələn xəttlə inkişaf etməsinə baxmaraq Türkiyə höküməti başda olmaq türk mediası və içtimaiyyəti sərt şəkildə etirazını bildirir.Artıq israil mediası yazır ki,Türkiyə Həmasla birgə olduğunu göstərdi. Ərdoğan İsrailin baş naziri Ehud Olmertə və Xarici İşlər Naziri Livniyə tənqid edərək”Siz seçimlərə hazırlaşmayın,bu gün Qəzzada axıdılan qana görə Tarix sizi bağışlamayacaqdır”mesajını verməsi gələcəkdə türk-yəhudi lobbisinin arasına soyuqluq gətirəcəyi mütləqdir.Türkiyə mediası və “Hürriyyət”qəzəti yazır ki, türkiyə höküməti Livnin Türkiyə səfər etməsinə icazə verməyib.Türkəyinin bu gün aktiv siyasət aparması dünya mediasının diqqət mərkəzindədir.Bunu yaradan geopolitik və tarixi proseslərdir.Bunu aşağıdakı amillərkə göstərmək olar. - Türkiyə siyasətçiləri gözəl anlayırlar ki,İsraili qızışdıran hansı güclərdir və burada məqsəd İranı tələyə salmaqdır. - Xüsusi ilə Qəzzadan ölənlər arasında uşaq və qadınların olması Türk cəmiyyətinin hiddətinə səbəb olub. Burada insanlıq amili var .Buna münasibət bildirməmək ədalətsiz olardı - Türkiyə əsrlər boyu yaxın və orta şərdə öz dominatlığını 1917 ci ilə kimi saxlayib və Osmanlı dövlətinin I dünya müharibəsində məğlub olmasından sonra bölgə Böyük Britaniya təsir dairəsinə düşdü.Məhs ona görə Rəcəb Təyyub Ərdogan AKP nın toplantısında Osmanlıların torunları olduğunu söyləməsi bu fikri tamamlayır. - Ərəb ölkələrinin regionda nüfuzlarının zəif olması və baş verən proseslərdən kənarda qalması Türkiyənin aktiv diplomatiya aparmasını zərurətə çevirdı və türkiyə bundan məharətlə istifadə etdi. - Türkiyə regionda marağı olan dövlətlərə göstərmək istəyir ki,onunda bölgəyə kifayyət qədər təsiri var. - İri dövlətlər bir şeyi nəzərə almalıdırlar ki,bölgənin ictimai-siyasi və sosial mədəni mühutunə türklərın yaxınlığı var.Bunun nəticəsidir ki,bölgə yüz ildən coxdur ki,qan çanaxına cevrilib.Osmanlı imperiyası dönəmində ərazi sülh əmin amanlıq şəraitində olub.və s amillər Türkiyəni aktiv diplomatiya aparmasına zəmin yaradır. Artıq fikirlər səslənir ki,Türk ordusu Qəzzada yerləşdirilməlidir.Türkiyənin özündə bu məsələ baxış müxtəlifdir.TURKSAM Strateji Araşdırmalar Mərkəzinin başqanı politoloq Sinan Oğanlı bu məsələ ilə bağlı məqalə yazaraq bunun strateji baxımdan Türkiyənin maraqlarına cavab vermədiyini göstərir və bu məsələ ehtiyyatlı olmağı,əgər bu qərar verilərsə ərəb ölkələrindən türkiyə qarşı mənfi tendensiyasının baş qaldıracağını,analitikə görə bu addım atılarsa İsrail Türkiyə qarşı cəhbə aca bilər proqnozunu verir. Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar