SON XƏBƏRLƏR

Şahnaz Qulaminin qəti həbs hökmünün doğru olduğu təkzib olunur

2021.10.20, 07:36
Şahnaz Qulaminin qəti həbs hökmünün doğru olduğu təkzib olunur

Gunaz.tv
Şahnaz Qulaminin qəti həbs hökmünün doğru olduğu təkzib olunur Jurnalist Şahnaz xanım Qulaminin Müdafiə Komitəsi bildirir ki, Şahnaz Qulami ilə bağlı yeni həbs hökmü və ya keçmiş həbs hökmünün təsdiqlənməsi barədə jurnalistin özünə heç bir bilgi verilməyib. Komitə tərəfindən onun indiki vəkili Nağı bəy Mahmudi və keçmiş vəkili Məhəmmədəli Dadxahla əlaqə saxlanılıb və onların verdiyi məlumata əsasən Ş.Qulami hal - hazırda müvəqqəti həbs olunub, onun dosyasını məhkəməyə hazırlamaq üçün istintaq mərhələsi keçirdilir. N. Mahmudi bildirir ki, Ş.Qulaminin işi inqilab məhkəməsindən Təbrizin Ədliyyə şöbəsinə köçürülüb.Ona qarşı hansı hökmün çıxarılacağı hələ məlum deyil. Bəzi sitələrdə Şahnaz Qulaminin əvvəlki 6 aylıq həbs cəzasının təsdiqlənməsi haqda fars dilində yayılmış məlumatlar təkzib olunur. Digər Güneyli mənbələrin verdiyi məlumata görə, Ş.Qulami aclıq nəticəsində huşun itirəndən sonra Təbrizdəki zindan xəstəxanasına aparılıb və müalicə olunub. Hal - hazırda özünə gəlsə də, amma özünü yaxşı hiss etmir, onun aclıq aksiyasını davam etdirməsi və ya etməməsi haqda əlimizdə heç bir dəqiq məlumat yoxdur. Xəbərləri hazırladı: azadtribun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar