SON XƏBƏRLƏR

Müxalifət “Qarabağ və Demokratik Respublika uğrunda” Vətəndaş Hərəkatı yaratdı

2021.10.20, 07:36
Müxalifət “Qarabağ və Demokratik Respublika uğrunda” Vətəndaş Hərəkatı yaratdı

Gunaz.tv
Müxalifət “Qarabağ və Demokratik Respublika uğrunda” Vətəndaş Hərəkatı yaratdı leyla-yunus-teze.jpg Leyla Yunus Hərəkatın Koordinasiya Şurasının rəhbəri seçilib Bu gün “Azadlıq” siyasi partiyalar bloku və “Azərbaycan Naminə” ictimai forumun təşkilatçılığı ilə 18 mart referendumu ilə bağlı tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə bir sıra siyasi partiya və ictimaiyyət nümayəndələri iştirak ediblər. 3 saatadək davam edən müzakirələrdən sonra “Azadlıq” bloku, Müsavat, ADP, Ümid partiyaları və bir sıra ictimaiyyət nümayəndələrindən ibarət “Qarabağ və Demokratik Respublika uğrunda” Vətəndaş Hərəkatının yaradılması haqda qərar qəbul olunub. Hərəkatın Koordinasiya Şurasının rəhbəri Leyla Yunus jurnalistlərə açıqlamasında bildirib ki, referendumla bağlı neçə təşviqat qrupunun yaradılması məsələsi yanvarın 14-də həll olunacaq. Pərvin ABBASOV LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar