SON XƏBƏRLƏR

BMT Təhlükəsizlik Şurası Qəzzada atəşkəsin dərhal dayandırılması və İsrailin ordusunu bölgədən tam çıxarmasına dair qətnamə qəbul edib

2021.10.20, 07:36
BMT Təhlükəsizlik Şurası Qəzzada atəşkəsin dərhal dayandırılması və İsrailin ordusunu bölgədən tam çıxarmasına dair qətnamə qəbul edib

Gunaz.tv
BMT Təhlükəsizlik Şurası Qəzzada atəşkəsin dərhal dayandırılması və İsrailin ordusunu bölgədən tam çıxarmasına dair qətnamə qəbul edib BMT Təhlükəsizlik Şurası (TŞ) Qəzzada atəşkəsin dərhal dayandırılması və İsrail ordusunun bölgədən tamamilə çıxarması barədə 1860 saylı qətnamə qəbul edib. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, TŞ-nin 14 üzvü qətnamənin lehinə səs verib, ABŞ nümayəndə heyəti isə bitərəf qalıb. İclasda ABŞ-ı dövlət katibi Kondoliza Rays təmsil edib. Qətnamədə, həmçinin, Qazzanın bütün ərazisinə humanitar yardımın çatdırılmasına tam şərait yaradılmasının vacibliyi qeyd olunur, dinc əhaliyə yönəlik bütün zorakılıq və qəddarlıqlar, habelə terror aktları qətiyyətlə pislənilir. Qeyd edək ki, Qəzzada vəziyyətə dair BMT TŞ-də müzakirələr 3 gün çəkib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar