SON XƏBƏRLƏR

SƏTARXANIN ANIM MƏRASİMİNDƏ İKİ AY QABAQ TUTULMUŞ İKİ MİLLİ FƏALDAN HEÇ BİR XƏBƏR YOXDUR

2021.10.20, 07:36
SƏTARXANIN ANIM MƏRASİMİNDƏ İKİ AY QABAQ TUTULMUŞ İKİ MİLLİ FƏALDAN HEÇ BİR XƏBƏR YOXDUR

Gunaz.tv
SƏTARXANIN ANIM MƏRASİMİNDƏ İKİ AY QABAQ TUTULMUŞ İKİ MİLLİ FƏALDAN HEÇ BİR XƏBƏR YOXDUR abdullaabasicavan.jpg DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən iki ay öncə tutulmuş milli fəallar Abdulla Abbasi Cavan və Hüseyn Hüseynidən heç bir xəbər olmaması hüquq müdafiəçilərini və məhbus ailələrini ciddi narahat edir. Tehranın Evin zindanında saxlanan Şəhid Rəcayi Universitetinin müəllimi A.Cavan və onun bacısı oğlu H.Hüseyni 2008-ci il noyabrın 13-də Rey (Şah Əbdüləzim) şəhərində Məşrutə hərəkatının öndəri Səttarxanın məzarı üstündə düzənlənən anım mərasimində həbs edilmişdilər. A.Cavanın qardaşı Yədulla Abbasi Cavan güney mənbələrinə açıqlamasında deyib ki, nə qədər çalışsalar, hansı hökumət orqanına müraciət etsələr də, bu iki fəaldan xəbər tuta bilmirlər. Y.Cavan fəalların zindanda işgəncələrə qala bilməsindən narahat olduqlarını vurğulayıb. A.Cavan və H.Hüseynpur Azərbaycan milli kimliyi uğrunda dinc mübarizəyə görə əvvəllər də həbsdə yatıblar.dak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar