SON XƏBƏRLƏR

Ərdoğana sui-qəsd təhlükəsi

2021.10.20, 07:36
Ərdoğana sui-qəsd təhlükəsi

Gunaz.tv
Ərdoğana sui-qəsd təhlükəsi erdoqan-yeni.jpg Türkiyə Milli Kəşfiyyat Təşkilatına (MİT) Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan özünə və ailəsinə qarşı sui-qəsd törədiləcəyi barədə məlumat daxil olub. Lent.az-ın “Haberturk”ə istinadən məlumatına görə, bu xəbərdən sonra Nazirlər Kabineti təhlükəsizlik tədbirlərinin artırılmasına qərar verib. Baş nazirin ailə üzvlərinin mühafizəçilərinin sayı artırılıb, iqamətgahının mühafizəsi gücləndirilib. Qeyd edək ki, baş nazirə sui-qəsd planları “Ergenekon”la bağlı cinayət işi üzrə keçirilən məhkəmə sənədlərində də yer alıb. Bu iş üzrə saxlanılan şəxslərdən götürülən materiallarda baş nazirin evinin sxemi tapılıb. MİT tərəfindən Nazirlər Kabinetinə göndərilən məlumatda göstərilib ki, baş nazirə, xüsusilə onun ailə üzvlərinə qarşı sui-qəsd planları hazırlanıb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar