SON XƏBƏRLƏR

Müvəqqəti azadlığa buraxılan Güney Azərbaycan milli fəalları işgəncəyə məruz qalıblar

2021.10.20, 07:36
Müvəqqəti azadlığa buraxılan Güney Azərbaycan milli fəalları işgəncəyə məruz qalıblar

Gunaz.tv
Müvəqqəti azadlığa buraxılan Güney Azərbaycan milli fəalları işgəncəyə məruz qalıblar. hami.jpg GAİP XƏBƏR10 dekabr 2008 – ci il tarixdə Ettelaat tərəfindən həbs olunan Güney Azərbaycanın Urmu fəalları Nəvid Sultani, Səid Mahmudi, Höccət Mahmudi, Sitarə (Ulduz) Qasimi, Rəhman Qasimi və Humən Qasimi zəmanət və girov müqavilində müvəqqəti azadlığa buraxılıblar. Onların işinə Urmu İnqilab Məhkəməsinin İ şöbəsində baxılıb. Milli fəallara qarşı irəli sürülən ittiham hakimiyyətə qarşı təbliğat aparmaq məqsədilə elanların nəşri və yayılmasıdır. Həbsdə olduqları 25 gün ərzində onlar fiziki və mənəvi işgəncələrə məruz qalıblar. Qeyd edək ki, milli fəal Nəvid Sultaninin səhhətində ciddi problemlər olduğu halda Ettelaat məmurları ona qarşı da agır fiziki işgəncə tətbiq ediblər. Yanvar ayının 5 – də N.Sultani 30 min , Səid və Höccət Mahmudi hər biri 20 min, Sitarə (Ulduz) Qasimi 15 min ABŞ dolları dəyərində girov qoyulmaqla , digər iki milli fəal – Rəhman və Humən Qasimi isə zəmanətlə müvəqqəti azadlığa buraxılıblar. hami.jpg Güney Azərbaycan İstiqlal Partiyasının Araşdırma və İnformasiya Mərkəzi GAİP-Aim

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar