SON XƏBƏRLƏR

Təqsirləndirilən şəxs: “Hacı Qamətin Azərbaycanda cihad etməyə gücü çatmaz”

2021.10.20, 07:36
Təqsirləndirilən şəxs: “Hacı Qamətin Azərbaycanda cihad etməyə gücü çatmaz”

Gunaz.tv
Təqsirləndirilən şəxs: “Hacı Qamətin Azərbaycanda cihad etməyə gücü çatmaz” kamran_ferid.jpg Kamran Əliyev məhkəmədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədrini kafir adlandırıb Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim İslam Nemanovun sədrliyi ilə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədov və digər 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. məhkəmədə təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehbalıyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yalçın Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Mehrəliyev, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyevin cinayət işinə baxılır. Onlar dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar. Bu gün keçirilən prosesdə təqsirləndirilən Hacıbala Hüseynov hakimin suallarını cavablandırıb. Hakim onun istintaqa ifadəsində “Əbu Bəkr” məscidinin axundu Hacı Qamətin Azərbaycanda cihadin etməsi barədə çıxışlar etməsi barədə dediklərinin düzgün olub-olmadığını soruşub. H. Hüseynov isə istintaqdakı ifadəsini təkzib edərək Hacı Qamətlə heç bir əlaqəsinin olmadığını və onu tanımadığını bildirib: “İstintaqda bu cür ifadə verməmişəm. Ümumiyyətlə Hacı Qaməti özümə əqidə yoldaşı hesab etmirəm və onun Azərbaycanda cihad etməyə gücü çatmaz”. Daha sonra hakim Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyevin qəzetlərdən birində “İslamda cihad və vəhabilik” adlı müsahibəni oxuyub. Bundan sonra təqsdirləndirilən Kamran Əsədov onu kafir adlandırıb: “Rafiq Əliyev kafirdir, mən onu həmişə kafir adlandırmışam. O, heç bir haqqı olmadan İslam dinindən danışır”. Məhkəmə prosesi günün ikinci yarısında davam etdiriləcək. Anar Məmmədov /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar