SON XƏBƏRLƏR

“DQR” “prezidenti” Ermənistan rəhbərliyi ilə dalaşıb

2021.10.20, 07:36
“DQR” “prezidenti” Ermənistan rəhbərliyi ilə dalaşıb

Gunaz.tv
“DQR” “prezidenti” Ermənistan rəhbərliyi ilə dalaşıb bako-saakyan-dgr-prezidenti.jpg Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan bir neçə gün əvvəl İrəvanda Ermənistan rəhbərliyi ilə görüşlər keçirib. Ancaq bu görüşlər haqqında mətbuata heç bir məlumat verilməyib. APA-nın Ermənistanda nəşr olunan “Aykakan jamanak” qəzetinə istinadən verdiyi xəbərə görə, Bako Saakyanın Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşü çox gərgin və qarşılıqlı ittihamlar şəraitində keçib. Mübahisənin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar və Dağlıq Qarabağ ermənilərinin bu prosesə münasibəti ilə bağlı olduğu bildirilir. Xatırladaq ki, 2008-ci ilin sonunda Dağlıq Qarabağdakı partiyalar bəyanatla çıxış edərək onların iştirakı olmadan əldə olunacaq razılaşmalara görə məsuliyyət daşımayacağını bəyan etmişdi. Bununla da Dağlıq Qarabağ erməniləri ilə Ermənistan rəhbərliyi arasındakı ciddi fikir ayrılığı üzə çıxmışdı. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar