SON XƏBƏRLƏR

Cavad xanın 205 illiyi şərəfinə meydan tamaşası!

2021.10.20, 07:36
Cavad xanın 205 illiyi şərəfinə meydan tamaşası!

Gunaz.tv
Cavad xanın 205 illiyi şərəfinə meydan tamaşası! Yanvarın 14-də Gəncənin sonuncu hakimi Cavad xanın rus istilaçılarına qarşı amansız döyüşlərdə şəhid olmasının 205-ci ildönümü ilə əlaqədar qəhrəmanın məqbərəsi önündə Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında meydan tamaşası göstəriləcək. Teatrın direktoru Əli Qasımov deyib ki, əməkdar incəsənət xadimi, şair Məmməd Alimin ssenarisi əsasında rejissor, əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda hazırlanan “Sönməyən ulduzların işığı” 30 dəqiqəlik tarixi meydan dramında Cavad xanla həyat yoldaşı Bəyim xanımın hərbi libasda son döyüşdən əvvəlki dialoqu səsləndiriləcəkdir. Meydan tamaşasında Cavad xanın obrazını əməkdar artist Ramiz Vəliyev, Bəyim xanımı isə xalq artisti Pərvanə Qurbanova canlandıracaqlar. // AzərTAc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar