SON XƏBƏRLƏR

ABŞ generalı İranı müttəfiq elan etdi

2021.10.20, 07:36
ABŞ generalı İranı müttəfiq elan etdi

Gunaz.tv
ABŞ generalı İranı müttəfiq elan etdi ABŞ generalı İranı müttəfiq elan etdi QayNar: ABŞ Silahlı Qüvvələri Mərkəz Komandiri General David Petrauz, Əfqanıstanda sabitliyin təmin edilməsi yönündə ABŞ və İranın bu ölkədə ortaq mənfəətləri olduğunu söylədi. Qaynar.info-nun xəbərinə görə, Vaşinqtonda Obama hökümətini xarici siyasətdə gözləyən çətinliklərlə bağlı təşkil edilən bir konfransda jurnalistlərə verdiyi şərhdə Petrauz, Əfqanıstanda sabitliyi təmin etməyin, Pakistan, Hindistan və Orta Asiya ölkələri daxil olmaqla regional bir yanaşma tələb edəcəyini söylədi. General Petrauz, ABŞ Sülh İnstitutunun təşkil etdiyi konfransda, "Əfqanıstan, koalisiya qüvvələri və İran arasında belə, ortaq maraqlar var" deyərkən, şiələrin əksəriyyətdə olduğu İranın, Əfqanıstanda sünni Talibanın yenidən rəhbərliyi ələ keçirməsini istəmədiyini qeyd etdi. "İranlılar Əfqanıstanda ultra-radikal sünni güclərin əlində görmək istəmirlər" ifadəsini dilə gətirən Petrauz daha sonra qeyd edib ki, Tehran Əfqanıstanda narkotika problemindən də narahatdır: "İranda bu böyük problemdir". // T.İsmayılov, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar