SON XƏBƏRLƏR

Azərbaycanda külli miqdarda silah-sursat tapılıb

2021.10.20, 07:36
Azərbaycanda külli miqdarda silah-sursat tapılıb

Gunaz.tv
Azərbaycanda külli miqdarda silah-sursat tapılıb Azərbaycanda külli miqdarda silah-sursat tapılıb Azərbaycan polisi cümə axşamı Salyan və Yevlax rayonlarında silah-sursat aşkarlayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Mətbuat xidmətinin məlumatına görə, Salyan rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisindən 1 ədəd nömrəsiz "AK" silahı, 1 ədəd fişəngatan tapança, 138 ədəd müxtəlif çaplı patron və 2 ədəd patron darağı aşkarlanıb. Həmin gün Yevlax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisindən 1 ədəd "AKS" silahı, 2 ədəd qumbara, 3 ədəd süngü-bıçaq, 201 ədəd müxtəlif çaplı patron və 4 ədəd patron darağı tapılıb. Hər iki faktla bağlı araşdırma aparılır və silah-sursatın kimə məxsus olduğu müəyyənləşdirilir. // Trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar