SON XƏBƏRLƏR

İğdirin Azərbaycan üçün strateji əhəmiyyəti və Ermənistan və İranin təhlükə hesab etdiyi türk faktoru

2021.10.20, 07:36
İğdirin Azərbaycan üçün strateji əhəmiyyəti və Ermənistan və İranin təhlükə hesab etdiyi türk faktoru

Gunaz.tv
İğdirin Azərbaycan üçün strateji əhəmiyyəti və Ermənistan və İranin təhlükə hesab etdiyi türk faktoru Elnur Eltürk Son vaxtlar iqdirdə kürdlərin yerləşdirilməsi ilə bağlı türkiyə və azərbaycan mediasından ürək acmayan məlumatlar alırıq.Bir neçə gün bundan öncə Hollandiyada fəaliyyət göstərən Azərbaycan türk kültür mərkəzinin başqanı,əslən iqdirdən olan azərbaycan türkü İlhan Aşqin son dövrlər İğdirdə baş verən hadisələrlə əlaqədar Azərbaycan Respublikasının prezidenti cənab İlham Eliyeva müraciət edib.Bəyanat şəkilində olan müraciətdə İlhan Aşkın yazır ki; “Son vaxtlar iğdir üzərindən çirkin oyunlar oynalılır və bu oyunlar azərbaycan türkünün ələyhinə işləyir.Bəyanatda iğdirin bələdiyyə başqanı Nürəddin Arasın fəaliyyəti ciddi şəkildə tənqid edilir.Onun səhvləri nəticəsındə iğdirin demokrafik durumu kürdlərin xeyrinə dəyişməkdədir və bu səhvlər nəticədə Azərbaycan üçün strateji əhəmiyyət daşıyan İĞDIRIN itirilməsi ilə nəticələnə bilər.Bəyanatda digər həyəcan dolu fikirlərdə öz əksini tapib”bəyanati (www. turkaznet.com saytında oxuya bilərsiniz.) Mart ayında gözlənilən bələdiyyə seçimlərinin yaxınlaşması prosesləri daha da sürətləndirib.Bu məsələ ilə bağlı Türkiyə Strateji Araşdırmalar Mərkəzinin başqanı əslən azərbaycan türkü olan Sinan Oğanlı iğdırın ictimai-siyasi və demokrafik vəziyyəti ilə bağlı yazdığı məqaləsində proseslərin mənzərəsini aydın şəkildə göstərib və demək olar ki,Sinan bəy gələcəkdə baş verəcək hadisələrin strateji konturlarini göstərməkdədir.Sinan bəy yazır; “ Təəssüflər olsun ki,secimlər etnik istiqamətə doğru getməkdədir.Bilindiyi kimi İğdırda iki etnik qrup yaşayır.Və onların icərisində ən güclü nüfuza malik əsrlərdir İğdırda yaşayan Azərbaycan türkləridir.Sovetlərin dağılmasından sonra İğdır bir anda üç ölkə ilə sərhədə sahib oldu və Türkiyənin ən strateji bir yerinə cevrildi.Dəmir pərdələrin qalxmasından sonra Naxçıvan(Azərbaycan) ilə başlanan mazut biznesinın bir sira sonra PKK nın və dar bir kəsimin nəzarətinə keçməsi və Doğu Bəyazit,Agrı,Van,Diyarbəkir kimi yerlərdən İğdira yönəlik kürd köçü baş verdi və nəticədə onların nüfuzunun artmasına səbəb oldu və öncələr İğdırın kənar məhəllələrində yaşaya bu kəsim İğdırın bəzi siyasətçilərin səhvləri nəticəsındə gələnlər şəhər mərkəzlərinə yerləşməyə başlamışlar. Əsrlərdir İğdır da sülh içində yaşayan bir birlərinə qiz verib qiz alan(bu bölgədə çok əhəmiyyətli olan)kirvəlik edən İğdırın yerli əhalısı sülh şəraitində yaşayarkən kənardan gələn köç ilə bu iki kəsim arasına da nifak toxumları səpilməyə başlanıldı.”(presspost.az) Dekabr ayında (2 dekabrin 2008 ci il)İğdırda yerlə əhali ilə ünsiyyətdə olarkən onlara ilk sualım o olurdu ki,İğdırda bələdiyyə seçimlərində Azərbaycan türklərinin qalib gəlmək şansı nə qədərdir.İlk öncə onu deyim ki,Yerli əhalının seçimlərlə bağlı fikirləri pessimizm notları ilə köklənib. Mən bunun günahını azərbaycan əsillı siyasətçilərdə görürəm Mənə verilən ən cox cavablar icərisində insanlar bu sözləri deyirdilər.Artıq Azərbaycan türkləri secimlərdə parçalaniblar.Vahid namizədlə gedə bilməyəcəklər.Kürd əsilli namizədlərdə bundan istifadə edib seçkiləri qazanacaqlar. Əgər secimləri kürd əsilli namizədin qazanması bu nə ilə nəticələnə bilər.Mən bunun aşağıda göstərilən təsnifatla proqnozlaşdırardım; 1)İğdirə kənardan gətirilən köçün sayı artacaq 2) PKK ciddi şəkildə fəallaşa bilər.DTP nüfuzu artacaq.onsuzda DTP-nin orada kifayyət qədər işlər görməsi ilə bağlı mediada məlumatlar gedir. 3)bu secimlərdə kürd əsilli namizədin qələbə qazanması İran və Ermənistan dövlət maraqlarına tam şəkildə cavab verir. 4)gələcəkdə Azərbaycanı Türkiyə ilə birləşdirən quru sərhəddə problemlər yarana bilər. İgdır tarixən Azərbaycan torpağı olub və orada digər toplumlarda yaşasalarda amma azərbaycan türkləri üstünlüyə malik olublar.Bu gün iğdirdə azərbaycan türklərinin güclü mövqelərə sahib olması,türkiyə üçün nə qədər önəm daşıyırsa,bu faktor azərbaycan dövlətinin mövqelərini gücləndirir və hətta milli təhlükəsizlik nöqteyi -nəzərindən ölkəmizin maraqlarına tam şəkildə cavab verir. Cünki bir şeyi nəzərdən qaçırmaq olmaz ki,iğdır ermənistan və iranla sərhəddir.İğdırda baş verən içtimai-siyasi və sosial demokrafik prosesləri ermənistan dövləti, strateji mərkəzləri diasporası diqqətlə izləməkdədir.Cünki erməni ideologiyası “Böyük Ermənistan”ideyası ilə köklənibsə öz anayasasında bu ideyalar maddə və doktirana kimi öz əksini tapıbsa məsələyə ciddi yanaşmaq lazımdır.Ermənistan diasporası anadolu torpaqlarına sahib cixmaq üçün küllü miqdarda milyon dollarla pul xərcləməkdədir.Məhz ermənilər naxçıvana ona görə iddialıdırlar ki,Azərbaycanı Türkiyə ilə birləşdirən quru sərhədı bağlaya bilsinlər.(BURADA BÖYÜK ÖNDƏR MUSATAFA KAMAL ATATÜRKÜN RUSİYA İLƏ 1921 Cİ İLDƏ İMZALADIĞI QARS SAZİŞİN DƏ TÜRKYƏNIN NAXÇIVAN ÜZƏRİNDƏ STATUSCU ÖLKƏ KİMİ QƏBUL ELƏTDİRMƏSİ ATATÜRKÜN UZAQ GÖRƏNLİYİNDƏ XƏBƏR VERİR) Sözsüz ki,Bu heç vaxt ermənilərin tək başına oynadığı oyun və onların yeridiyi yeriş ola bilməz.Bunun arxasında böyük qüvvələr gizlənir.Bunu ancaq belə adlandırmaq olar ki,bu erməni uniformasını geyinmiş ancaq hərəkat pultu(düyməsi) başqa güclərin əlində olan robot təsəvvürü yaradır.Məhz erməni strateqləri naxcivana sahib olmadan anadolu torpaqlarına yiyələnməyin mümkünsüzlüyünü dərk edirlər.Dünyanın müxtəlif yerlərındə naxçıvana sahib çıxmaq üçün təşkilatlar yaradırlar. İğdırda hər hansı mənfi mənada dəyişiklik və onun radiusu naxçıvana da təsir edəcək,sonra isə onun bir ücü Azərbaycan və Türk dünyasına dəyəcəkdir. İran İslam Respublikasıda iğdirdə baş verən prosesləri diqqətlə izləməkdədir.Bu gün İğdırda Azərbaycan türklərinin təşkilatlanması və güclənməsi İranı hec cür qane etmir.Cünki bu gün İran Azərbaycanla və Türkiyə ilə sərhədlərinə kürdlərin və başqa qeyri türklərin köçürülməsi siyasətini həyata keçirir əks halda türklərin bir birlərinə yaxın olmasını özü üçün ciddi şəkildə təhlükə hesab edir. İranda İğdırda azərbaycan türklərinin secimlərdə qalib gəlməsindənsə kürd əsilli namizədin qələbə qazanması tam şəkildə qane etməsədə ancaq bununla kifayyətlənəcəkdir.Bu gün İran PKK nın bir qolu olan PEJAKLA probemlər yaşayır və iran ordusu tez tez Kandil dağlarını bombalıyır. Amma İranın özünə ən böyük təhlükə hesab etdiyi faktorlardan biridə Güney Azərbaycan amilidir.Bu gün İğdırda türklərın nüfüz sahibi olmasi və ümümiyyətlə anadolu torpaqlarında türklərin güclənməsi İranda baş verən milli azadlıq hərəkatına ciddi şəkildə təsir edir.İran siyasətciləri bunu gözəl dərk edirlər ümümiyyətlə regionda türk zolağının dağıdılması üçün böyük oyunlar getməkdədir. Elnur Eltürk DAK Gənclər Təşkilatının sədri http://www.azr.baybak.com/il_2009_say_3964.azr

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar