SON XƏBƏRLƏR

TURKSAM-ın başkanı Sinan OGAN ilə müsahibə

2021.10.20, 07:36
TURKSAM-ın başkanı Sinan OGAN ilə müsahibə

Gunaz.tv
TURKSAM-ın başkanı Sinan OGAN ilə müsahibə Bu gün İğdırın Azərbaycan üçün strateji əhəmiyyət daşıdığını bundan başqa Azərbaycan və Türkiyəni birləşdirən quru yol olduğunu bilirik. İğdır təkcə sərhəd şəhəri yox həm də türk dünyasının ən önəmli şəhərlərindən biridir. Son vaxtlar İğdırla bağlı yaxşı xəbərlər almırıq. Bu yaxınlarda Hollandiyada fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin rəhbəri İlhan Aşkın İğdırda yaşanan hadisələrlə bağlı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə müraciət edib. Hal-hazırda İğdırda baş verən ictimai-siyasi və sosial demokrafik durumla bağlı sualların cavabını almaq üçün İğdır türkü olan Ankarada fəaliyyət göstərən Türkiyə Strateji Araşdırmalar Mərkəzinin TÜRKSAM Başqanı siyasi ekspert Sinan Oğan’a müracət edək. - Sinan bəy ilk öncə sizi salamlayıram, ilk sualımıza ondan başlayaq ki, bu gün İğdırda nələr baş verir, bu haqda Azərbaycan içtimaiyyətini məlumatlandırmağınızı istərdik? - Öncəliklə İğdırın Azərbaycan üçün stratejik əhəmiyyətindən danışmaq lazımdır. İğdırın Azərbaycan üçün əhəmiyyətini anlamaq baxımından Azərbaycan-Ermənistan Savaşı sırasında blokadada qalan Naxçıvan üçün İğdırın adətən bir nəfəs borusu vazifəsini gördüğünü xatırlamaq yetərlidir. Bu gün unutmamaq lazımdır ki, İğdır Türkiyənin 3 ölkəylə sərhəddi olan tək şəhridir. İğdır Türkiyənin Türk dünyasına açılan qapısıdır. Eyni şəkildə İğdır Azərbaycanın və Naxçıvanın Türkiyə və dünyaya açılan qapısıdır. İğdır Türkiyədə Azəri Türklərinin məskun bir şəkildə yaşadığı tək eldir. 1990-ci ildə Rus tankları Azərbaycana girdiyinde ilk etiraz səsləri İğdırdan gəlmişdi. Qarabağ müharibəsində bir çox İğdırlı gənc bilavasitə döyüşmüşdür. Bu səbəblə İğdır çox vacibdir. - İğdırda Azərbaycan türkləri tarix boyu böyük nüfuza malik olublar, bəs bu gün nələr baş verdi ki, onlar nüfuzlarını itirməyə başladılar? Siz vəziyyətin bu duruma gəlməsində Azərbaycan əsilli siyasətçilərin günahını görürünüzmü? - İğdır illərdən bəridir Azərbaycan Türklərinin çoxluqla yaşadığı bir şəhərdi. Ancaq son illərdə İğdıra kənardan çox fazla miqdarda köç olmuşdur. Bu köç İğdırda nüfus tarazlığını pozmuşdur. İndi bəzı dairələr və bölgə ölkələrinin İğdır üzərində haqları olduğunu görməkdəyik. Öncelikle Türkiyə ilə Türk dünyası arasındaki tək sərhəd şəhərində əhalinin sayı və idarəetmə sturukturunu ələ keçirmək istəməmişlər. Bu qurulduqdan sonra İğdırın üzünü Azərbaycandan çevrərək Ermənistana doğru sürükləməyə çalışırdılar. Qars bələdiyyəsində yaşanan örnekler göz önündədir. Qars bələdiyyəsi Kürd kökənli bir yönətimin əlinə keçirdikdən sonra Qars şəhəri Azərbaycandan başqa Ermənistan ilə əlaqələr qurmağa başlanmışdır. İndi Türkiyədə Ermənistan ilə sərhədlərin açılması üçün İğdırda Ermənilərə sempati ilə baxan bir yönətimə ehtiyac duymaqdadırlar. Bunun üçün də azərilər yerinə Kürdlər gətirilmək istənməkdədir. Əslində İğdırda Azəri Türkləri ilə yerli Kürdlər arasında hər hansı bir problem yoxdur və illərdir bərabər yaşamaqdadırlar. Ancaq indi kənardan gələn və PKK terror təşkilatına hörmət ilə baxanlar İğdırı ələ keçirməyə çalışmakdadırlar. Bunun üçün də təəssüf ki, Azəri Türklərindən istifade edilməkdədir. Iki il İğdırda Milliyətçi Hərəkət Partiyasında bələdiyye başqanı seçilən Nurəddin Aras indi AKP-dən nümayəndə olmaq istəyir. Bunun gerçəkləşməsi İğdırda Azəri kesimin oyları bölünəcək və PKK-ya yaxınlığı ilə bilinən DTP-nin namizədi seçimi qazanacaqdır. Nurəddin Aras AKP-dən nümayəndə olmaq üçün hörmətli prezident İlham Əliyevin adından istifadə etməkdədir. Güya ki, İlham Əliyev onun aday olması üçün Başbakan Erdoğandan xahiş etmişdir. Ancaq biz bilirk ki, Azəri Türklərinin burada itirməsinə səbəb olacaq bu addımı Cənab Prezident İlham Əliyev heç bir zaman istəməz. - Siz bir neçə gün bundan öncə İğdırın içtimai-siyasi və sosial durumu ilə bağlı analitik məqalə yazmısınız. Orada demək olar ki, hal hazırda və gələcəkdə baş verə biləcək hadisələrın proqnozunu vermisiniz. Bu gün həqiqətənmi İğdırda siz yazdığınız kimi vəziyyət kritik həddə çatıb? - Bu seçimlər İğdırın taleyini həll edəcək seçimlərdir. İğdrda vəziyyət çox gərgindir. İğdırın itirilməsi demək Azərbaycanın və Türk dünyasının itirilməsi deməkdir. Azərbaycanın, Azərbaycan türklərinin, Azərbaycan prezidentinin İğdırdaki problemlərlə maraqlanması, İğdıra kömək etməsi lazımdır. - Qarşıdan bələdiyyə seçimləri gəlir və keçən ay İğdırda olarkən insanlarla ünsiyyət zamanı bizim seçimlərlə bağlı sualımıza yerli əhali belə cavab verirdilər ki, Azərbaycan türkləri arasında vahid namizəd məsələsi öz həllini tapmayıb, necə düşünürsüz ola bilərmi ki, bu faktor kürd əsilli namizədlərin qələbə qazanmasında rol oynasın? - Azəri türklərinin səslərinin bölünməsi kürd əsilli namizədlərin qələbə çalmasına səbəb olacagdır. Bu isə Qars senarisinin təkrarlanması deməkdir. Ermənilər ilə PKK yandaşlarının yaxın əməkdaşlıg ettiyini bilirik. Bu gün Yerevanda PKK terror təşkilatının büroları fəliyyət göstərir. Ermənilər Dağlıq Qarabağa Kürd əhalisi yerləşdirirlər. İstənilən hadisə bundan ibarətdir ki, Dağlıq Qarabağdan Quzey İraqa Erbilə qədər bir Erməni-Kürd xətti çəkilmək istenir. Azərbaycan Türkləri bu oyunu pozmalıdır. Bunun üçün Azərbaycanlı qardaşlarmız Azəri Türklərinin səslərini bölənlərə öz sözünü deməlidir. Bunların Azərbaycanla ticarət əlagələri vardır. Onları başa salmaq lazımdır ki, əgər Azərbaycanın və İğdırın zərərinə olan işlərin içərisində olursa o zaman bunların Azərbaycandakı işləri zərər görə bilər. O zaman bu səsləri bölənlərin oturub düşünməkləri lazımdır. - Əgər secimlərdə kürd əsilli namizəd qələbə qazanarsa, PKK terror örgütünü bölgədə aktivliyinə səbəb ola bilərmi və bu amilin gələcəkdə Azərbaycana hər hansı bir təsirləri ilə bağlı fikirləriniz bilmək istərdik. Cünki bir şeyi unutmaq olmaz ki, bölgə həssas bir yerdə yerləşir. - Yuxarıda da ifadə etdiyim kimi Azəri Türkləri bu seçimi itirərsə əslində Azərbaycan itiriləcəkdir və bölgədə PKK-nın fəallığı artacakdır. PKK terror təşkilatı mənsubları AKP-nin kürd namizədlərini tehdit edib onların AKP-dən namizəd olmasına mane oldular. Bunda da Kürd səslərinin bölünməsinə mane yaratmaq üçün etdilər. Kürdlər indi AKP-dən namizəd olmadılar və bir tək DTP-dən namizəd oldular. Deməli onların səsləri bölünməyibdir. Azərilərə baxdığımız zaman MHP, AKP, CHP, ANAP, DP və digər partiyaların hamısının namizədləri Azərbaycan Türküdür. Dolayısıyla da səslərin bölünməsi sözkonusudur. Səslər bölünərsə Azəri türkləri itiriləcəkdir. - Bəzi insanlar belə bir fikir işlədirlər ki, Azərbaycan İğdırda kecirilən secimlərdə kənarda qalmamalıdır. Axı bir şeyi nəzərdən qaçırmaq olmaz ki, İğdır Türkiyə dövlətinin ərazisidir. Azərbaycanın seçimlərə müdaxilə etməsi sabah belə bir fikirin ortaya çıxarda bilər ki, Azərbaycan Türkiyənin daxili işinə qarışır. Bir strateji mərkəzin rəhbəri kimi sizin bu haqda düşüncələrinizi bilmək istərdik. - İğdır Türkiyə ilə Azərbaycan arasında bir körpüdür. Siz əlbəttə ki, sizə gələn körpünün taleyi ilə maraqlanmaq məcburiyyətindəsiniz. Yoxsa bu körpü dagıla bilər. Azərbaycanın sadəcə gəlib İğdırda siyasət aparmasına gerək yoxtur. Sadəcə Prezidentin adından istifade edənlərə lazımı məsləhətlərin verilməsi lazımdır ki, onlar Azəri tüklərinin səslərini bölməsinlər. - Sonda Sinan bəy sizə vacib və əhəmiyyət daşıyan məsələlərlə bağlı suallarmızı cavablandırdığınıza görə öz təşəkkürümüzü bildiririk. - Bu imkandan istifadə edərək bütün Azərbaycanlı qardaşlarımıza hörmət və salamlarımızı göndərirəm. Necə ki, Qarabağ, necə ki, Xocalı bizim məsələmizdirsə, İğdır da sizin məsələniz olmalıdır. Azərbaycanın gələcəyi üçün Azərbaycan Türkləri İğdırın gələceyinə biganə qalmamalıdırlar. Başda Cənab prezident olmaqla bütün Azərbaycan Türklərini İğdıra dəvət edirəm. 1991 – 1992-ci ildə Naxçivanın nəfəs borusu İğdır olmuştu. Bunu ən yaxşı bilənlərdən birisi də o zaman Naxçıvanda yaşayan İğdıra tez-tez gələn Cənab Prezidentdir. İndi İğdırın nəfəs borusu olmak lazımdır. Müsahibəni aldı: Elnur Eltürk Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatı 06.01.2009 http://www.dak.az/view.php?lang=az&menu=17&id=386

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar