SON XƏBƏRLƏR

Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi prosesi fevralın 5-dək yekunlaşacaq

2021.10.20, 07:36
Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi prosesi fevralın 5-dək yekunlaşacaq

Gunaz.tv
Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi prosesi fevralın 5-dək yekunlaşacaq [ 08 Yanvar 2009 18:19 ] Bakı. Elnur Məmmədli - APA. Mərkəzi Seçki Komissiyası (MSK) “Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsini dərc edəcək. APA-nın məlumatına görə, MSK sədri qurumun bu gün keçirilən iclasında bildirib ki, layihədə Konstitusiyanın 29 maddəsinə təklif olunan əlavə və dəyişikliklər nəzərdə tutulur. Layihə dərc edildikdən sonra aşağı seçki komissiyalarına paylanacaq. M. Pənahov onu da qeyd edib ki, MSK həm referenduma çağırışla bağlı plakatlar hazırlayır. Yaxın günlərdə plakatlar da aşağı seçki komissiyalarına paylanacaq və müvafiq yerlərdə yapışdırılacaq. M. Pənahovun sözlərinə görə, MSK hər il yanvarın əvvəlindən mayın sonuna kimi seçici siyahılarının dəqiqləşdirməsi prosesini aparır: “Lakin referendumla bağlı bu prosesi biz bu il tez yekunlaşdırmalıyıq. Artıq siyahıların yenidən hazırlanması prosesi gedir. Fevralın 5-dək bu proses yekunlaşacaq, siyahılar fevralın 10-dək yenidən dərc ediləcək. Qanunun tələbinə uyğun olaraq, seçici siyahıları səsverməyə ən geci 35 gün qalmış məntəqə seçki komissiyalarından asılacaq, həmçinin MSK-nın rəsmi saytına yerləşdiriləcək”. M. Pənahov KİV-in imkanlarından istifadə edərək, seçicilərin maarifləndirilməsi işinin sürətləndiriləcəyini də qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar