SON XƏBƏRLƏR

LİVAN ƏRAZİSİNDƏN İSRAİLİN ŞİMALINA RAKET ATILIB

2021.10.20, 07:36
LİVAN ƏRAZİSİNDƏN İSRAİLİN ŞİMALINA RAKET ATILIB

Gunaz.tv
LİVAN ƏRAZİSİNDƏN İSRAİLİN ŞİMALINA RAKET ATILIB Müəllif: AzTV Mövzu: Xarici xəbərlər Dərc edilib: 08.01.09 16:21 -------------------------------------------------------------------------------- Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. İsrail Qəzzada yerüstü əməliyyatları davam etdirdiyi vaxt, ölkənin şimalına Livan istiqamətindən raket zərbələri endirilib. Səhər saatlarında Livan ərazisindən İsrailin şimalındakı Gallie şəhərinin ətrafına 3 raket atılıb. Nəticədə 2 israilli yaralanıb. Buna cavab olaraq, İsrail ordusu da Livan ərazisinə raket atıb. Raketlərin kim tərəfindən atıldığı barədə məlumat verilmir. Lakin ehtimala görə, hadisə Livanın cənubunda fəaliyyət göstərən fələstinli qruplaşmalar tərəfindən törədilib. İsrail hərbi hava qüvvələri isə Qəzzaya hava zərbələri endirməkdə davam edir. Bölgəyə humanitar dəhliz üçün verilən vaxtın bitməsindən sonra israilli hərbçilər Misirlə Qəzza arasında olan yeraltı tunellərə zərbələr endirir. İsrail kəşfiyyatının məlumatına görə, bu məhz bu tunellərdən Həmasa silah ötürülür. Bu arada Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri Saud əl-Fəyzəl Qəzza bölgəsində atəşkəsə nail ola bilməyən BMT Təhlükəsizlik Şurasına narazılığını bildirib. İsrailin müdafiə naziri Ehud Barakın köməkçisi Amos Gilad isə bü gün Qahirəyə səfər edəcək. Səfərin məqsədi Misir prezidenti Hüsnü Mübarək və Fransa prezidenti Nikolya Sarkozinin Yaxın Şərqdəki münaqişənin həlli ilə bağlı təqdim etdiyi planın müzakirəsində iştirak etməkdir. İsrailin baş naziri Ehud Olmert isə bildirib ki, danışıqların yekununda Qəzzadakı hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar