SON XƏBƏRLƏR

AVROPA VƏ AMERİKADA QARLI HAVA BİR SIRA PROBLEMLƏR YARADIB

2021.10.20, 07:36
AVROPA VƏ AMERİKADA QARLI HAVA BİR SIRA PROBLEMLƏR YARADIB

Gunaz.tv
AVROPA VƏ AMERİKADA QARLI HAVA BİR SIRA PROBLEMLƏR YARADIB Müəllif: AzTV Mövzu: Xarici xəbərlər Dərc edilib: 08.01.09 16:48 -------------------------------------------------------------------------------- Avropada güclü qarın yağması problemlər yaradıb. Buzlu yollarda çoxsaylı qəzalar baş verib. Fransanın cənubuna qar yağması Marsel şəhərinə gedən yolları bağlayıb. 600-ə yaxın avtomobil magistral yolda tıxac yaradıb. Marselin hava limanında bəzi reyslər təxirə salınıb. Şəhərdə elektrik xətlərinin sıradan çıxması nəticəsində metro fəaliyyətini dayandırıb. Sürət qatarlarının hərəkəti də məhdudlaşdırılıb. Dəniz limanında sahil sularının buz bağlaması gəmi və kater sahiblərini buzu alətlərlə qırmaq məcburiyyətində qoyub. Fransanın şimalında isə şaxtalı havada iki nəfər donaraq ölüb. İtaliyanın şimalına yağan güclü qar isə 7 nəfərin həyatına son qoyub. 5 nəfər buz bağlayan yollarda baş verən avtomobil qəzalarında həlak olub. Təbii fəlakət bəzi yollarda maşınların hərəkətinin tamamilə dayandırıb. Turin, Berqamo, həmçinin Milan aeroportlarında uçuşlara bir neçə saatlıq təxirə salınıb. Dəmiryolu vağzalları da fəaliyyətini dayandırıb. Hollandiyanın Rotterdam limanında isə nəqliyyatın bərpası üçün buzqıranlardan istifadə olunub. Almaniyanın Saksoniya əyalətində isə 29 dərəcə şaxta qeydə alınıb. Meteoroloqlar bu cür hava şəraitinin davam edəcəyini bildirir. Bu arada Amerikanın Vaşinqton ştatında əriyən qar və leysan yağışları səbəbindən daşqın olub. Ştat ərazisində 60-dan çox yolda avtomobillərin hərəkəti dayandırılıb. Kanada və Meksika sərhədlərini birləşdirən magistral yolun 40 kilometrlik hissəsində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Ştatın 30 minə yaxın sakininə təhlükəsiz yerlərə köçürüləcəyi barədə xəbərdarlıq edilib. Amerika meteoroloqları isə daşqınların təhlükəli həddə çatacağını proqnozlaşdırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar