SON XƏBƏRLƏR

ERMƏNİSTAN 2009-CU İLDƏ DƏ CİDDİ PROBLEMLƏRLƏ QARŞILAŞACAQ

2021.10.20, 07:36
ERMƏNİSTAN 2009-CU İLDƏ DƏ CİDDİ PROBLEMLƏRLƏ QARŞILAŞACAQ

Gunaz.tv
ERMƏNİSTAN 2009-CU İLDƏ DƏ CİDDİ PROBLEMLƏRLƏ QARŞILAŞACAQ Müəllif: AzTV Mövzu: Siyasət Dərc edilib: 08.01.09 16:52 -------------------------------------------------------------------------------- Ermənistanda 1 mart hadisələri ilə bağlı həbs olunanlar ombudsman Armen Arutyunyanın fəaliyyətini tənqid edən bəyanatla çıxış edib. Ermənistanın insan hüquqları üzrə müvəkkili Armen Arutyunyanın fəaliyyətindən narazı olan siyasi məhbuslar bəyan edib ki, o, hakimiyyətin siyasi qisasını pisləməli idi. Bunun əvəzində isə ombudsman cinayətkar rejimlə əlbir olub. Siyasi məhbuslar islah əmək müəssisələrində məhbuslara verilən işgəncələrlə də bağlı Armen Arutyunyanın tutduğu mövqeyi pisləyib və ombudsmanın istefasını tələb ediblər. Bu arada Ermənistanda ötən il baş verən hadisələr təhlil edilir. Ekspertlər 2008-ci ili itkilər ili adlandıraraq bunun əsas səbəbini hazırkı rejimdə görür. “Ötən il Ermənistanda baş verən itkilərin əsas səbəbi – hazırkı rejimin nəyin bahasına olursa-olsun hakimiyyəti əlində saxlamaq səylərindədir”. Belə bir bəyanatla müxalifətin “Respublika” partiyasının lideri Aram Sarkisyan çıxış edib. Onun sözlərinə görə, Ermənistan Avropa Şurası Parlament Assambleyasının şərtlərini qəbul etmək üçün ciddi addımlar atmasa qurum erməni nümayəndə heyətini Assambleyada səs hüququndan məhrum edəcək. Analitiklərin fikrincə, ölkə 2009-cu ilə ötən ilin problemlərinin öhdəsindən gəlmədən daxil olub. Belə ki, 1 mart hadisələrindən sonra ölkədəki vəziyyət qeyri-sabit olaraq qalır, onlarla müxalifət tərəfdarı həbsxanalarda saxlanılır, Avropa Şurası Parlament Assambleyası isə ölkədə demokratiyanın vəziyyətindən ciddi narahatdır. Üstəgəl, qlobal maliyyə böhranının Ermənistana təsiri də problemləri artırır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar