SON XƏBƏRLƏR

YENİ AZƏRBAYCAN PARTİYASI REFERENDUMLA BAĞLI İMZATOPLAMA KOMPANİYASINA BAŞLAYIB

2021.10.20, 07:36
YENİ AZƏRBAYCAN PARTİYASI REFERENDUMLA BAĞLI İMZATOPLAMA KOMPANİYASINA BAŞLAYIB

Gunaz.tv
YENİ AZƏRBAYCAN PARTİYASI REFERENDUMLA BAĞLI İMZATOPLAMA KOMPANİYASINA BAŞLAYIB Müəllif: AzTV Mövzu: Xarici xəbərlər Dərc edilib: 08.01.09 16:39 -------------------------------------------------------------------------------- Yeni Azərbaycan Partiyası Konstitusiyaya əlavə və dəyişikliklə əlaqədar təşəbbüs qrupunun bildirişini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Partiya bu gündən başlayaraq imzatoplama kompaniyasına da start verib. Partiyanın İcra Katibin müavini Mübariz Qurbanlının sözlərinə görə Mərkəzi Seçki Komissiyasına təşəbbüs qrupunun yaradılması ilə bağlı keçirilən iclasların protokolları da təqdim olunub. MSK da öz növbəsində artıq imza vərəqələrini YAP-a təqdim edib. Təşviqat qrupu öz növbəsində Konstitusiyaya əlavə və dəyişikliklərin təbliği ilə bağlı referenduma bir gün qalmışa qədər iş aparacaq. Artıq tədbirlər planı da hazırlanıb. Plana uyğun olaraq təşviqat aparacaq şəxslərin də siyahısı müəyyənləşdirilib. Mübariz Qurbanlı Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsini ölkəmizin sürətli inkişafı ilə əlaqələndirir. Artıq Partiya bu gündən başlayaraq imzatoplama kompaniyasına start verib. Xatırladaq ki, martın 18-də keçiriləcək referendumda Konstitusiyanın 29 maddəsinə 46 əlavə və dəyişiklik təklif olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar