SON XƏBƏRLƏR

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILARIN LOBİÇİLİKLƏ MƏŞĞUL OLMASI VACİBDİR

2021.10.20, 07:36
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILARIN LOBİÇİLİKLƏ MƏŞĞUL OLMASI VACİBDİR

Gunaz.tv
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILARIN LOBİÇİLİKLƏ MƏŞĞUL OLMASI VACİBDİR [8 yanvar 2009] Azərbaycan diplomatiyasına dəstək üçün xaricdə yaşayan azərbaycanlıların lobiçiliklə məşğul olması vacibdir. Bu sözləri Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev Ali Diplomatiya Akademiyasının tələbələrinin suallarını cavablandırarkən deyib. Lobiçilik fəaliyyətini stimullaşdırmaq üçün bu haqda qanun layihəsinin hazırlanma prosesinin getdiyi qeyd olunub. Dünyadakı iqtisadi böhrana toxunan Milli Məclis aparatının rəhbəri, Azərbaycanın şirkət və müəssələrinin dünya birjalarında qiymətli kağızlarının satılmadığını əsas gətirərək onun ölkəmizə qlobal təsirini istisna edib. Neftin dünya bazarındakı qiymətinin enməsinin isə büdcə gəlirlərinə təsiri istisna olunmayıb. Bildirilib ki, büdcə gəlirlərinin azalmasının Azərbaycanda sosial yönümlü xərclərə təsiri olmasa da yeni investisiya layihələrinin bir qismi təxirə salına bilər. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar