SON XƏBƏRLƏR

İsrail atəşkəs danışıqları üçün nümayəndəsini Misirə göndərir

2021.10.20, 07:36
İsrail atəşkəs danışıqları üçün nümayəndəsini Misirə göndərir

Gunaz.tv
İsrail atəşkəs danışıqları üçün nümayəndəsini Misirə göndərir 08/01/2009 Bu gün İsrail Qəzzada atəşkəs üçün Misir və Fransanın irəli sürdüyü planı müzakirə etmək məqsədilə nümayəndəsini Qahirəyə göndərir. İsrail rəsmiləri deyir ki, müdafiə nazirinin yardımçısı Amos Qilad planının detallarını öyrənməyə çalışacaq. Qəzzaya nəzarət edən Həmas da təklifi araşdırdığını bildirib. Dünən ABŞ Dövlət Katibi Kondoliza Rays Misir-Fransa atəşkəs təşəbbüsünə Vaşinqtonun dəstəyini bəyan edib və deyib ki, plan barədə İsrail rəsmiləri ilə danışıqlar aparılıb. Xanım Rays, Böyük Britaniya və Fransanın xarici işlər nazirləri atəşkəs qətnaməsini müzakirə etmək üçün Nyu-Yorkda Ərəb liqası diplomatları ilə görüşüb. BMT Təhlükəsizlik Şurası böhrana cavab verməyin yollarını axtarır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar