SON XƏBƏRLƏR

AXCP YENƏ POZUCULUQ YOLUNU TUTUR

2021.10.20, 07:36
AXCP YENƏ POZUCULUQ YOLUNU TUTUR

Gunaz.tv
08.01.2009 [02:19] Fontu böyüt: AXCP YENƏ POZUCULUQ YOLUNU TUTUR Nurəddin Məmmədli Müsavatla danışıqları dayandırmağa çağırdı Müxalifətin birliyinin, konstitusiya dəyişikliyinə qarşı vahid mövqedən çıxış etməsinin zəruri olduğu bir vaxtda AXCP sədrinin müavini Nurəddin Məmmədli Müsavat Partiyasını hədəfə alıb. O, “525-ci qəzet”ə açıqlamasında bildirib ki, AXCP real müxalifətçilik mövqeyində duran 5 partiyanı bir araya gətirmək üçün bütün cəhdləri göstərib, lakin Müsavat buna imkan verməyib: “Biz öz missiyamızı yerinə yetirmişik. Ona görə də hesab edirəm ki, artıq danışıqlar dayandırılmalıdır”. N.Məmmədli Müsavatı bir-birinə zidd qeyri-konstruktiv addımlar atmaqda da suçlayıb: “AXCP-Müsavat danışıqları Müsavatın bir-biri ilə ziddiyyət təşkil edən təkliflərinin ucbatından nəticəsiz başa çatıb. Müsavat ”Azadlıq" blokunu buraxıb AXCP-nin onlarla əməkdaşlığını təklif etmişdi. Təbii ki, bu, qəbulolunası təklif deyildi... “Azadlıq” bloku real güc mərkəzidir". AXCP sədrinin müavini tərəfindən irəli sürülən ittihamlara qarşı tərəfin mövqeyini öyrənmək üçün Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılıya müraciət etdik. O, indiki mərhələdə müxalif qüvvələrin referendumla bağlı əməkdaşlıq mövzusunun aktual olduğunu və bu cür fikirlərin şərh edilməsinin əməkdaşlığa zərbə vuracağını dedi: “Yalnız onu deyə bilərəm ki, biz heç vaxt AXCP-yə ”Azadlıq" blokundan çıxmaq, Lalə Şövkətdən ayrılmaq təkliflərini verməmişik. Bizim adımızdan istifadə edərək müttəfiqlərinin boynuna minnət qoymasınlar". Söhbət etdiyimiz müsavatçılardan biri isə N.Məmmədlinin fikirlərinə belə münasibət bildirdi: ““Azadlıq” blokunun necə güc mərkəzi olduğunu dekabrın 24-də Konstitusiya Məhkəməsinin qarşısındakı piket sübuta yetirib. Həmin blokda 3 partiya birləşir. Amma piketdə 3 adamları da yox idi. Nurəddin Məmmədli ya tarixi unudur, ya da cəmiyyəti aldadır. Bu gün mövcud olan “Azadlıq” blokunun 2005-ci il parlament seçkilərində mövcud olan “Azadlıq” bloku olmadığı məlumdur. 2005-ci ildə yaradılan “Azadlıq” blokuna Müsavat, AXCP, ADP daxil idi. Bu gün yalnız AXCP hazırkı “Azadlıq” blokunun üzvüdür. Ad eyni olsa da 2005-ci ildəki “Azadlıq” bloku ilə indikini eyniləşdirmək gülməlidir. Bu gün blokda təmsil olunan ALP 2005-ci ildəki “Azadlıq”ın rəqiblərindən biri idi. Vətəndaş və İnkişaf Partiyası isə ümumiyyətlə yox idi. Lalə Şövkətin 1992-ci ildən bu yana Azərbaycan siyasətində hamıya nümunə olacaq tarixi addımlar atması barədə Nurəddin Məmmədlinin fikirlərinə gəlincə, deyəsən, həmin nümunələr unudulub". Etibar SEYİDAĞA 108 dəfə baxılıb

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar