SON XƏBƏRLƏR

OBAMA VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏCƏKMİ?

2021.10.20, 07:36
OBAMA VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏCƏKMİ?

Gunaz.tv
08.01.2009 [01:53] Fontu böyüt: OBAMA VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏCƏKMİ? Ekspertlər 30 illik Amerika-İran düşmənçiliyinin aradan qalxacağına şübhə edirlər ABŞ-da yeni seçilmiş prezident Barak Obama Ağ Evin açarlarını əlinə almağa hazırlaşır. Görəsən, onun prezidentliyi İran və ABŞ arasındakı münasibətlərə necə təsir göstərəcək? BBC-nin təhlilində deyilir ki, seçki kampaniyası ərzində Obama şərt qoymadan İranla danışıqlar aparmağı təklif etmişdi. Hətta o, prezident seçiləndən sonra İran prezidenti Mahmud Əhmədinejad ona təbrik məktubu göndərmişdi. Bu, İslam İnqilabından bəri ilk belə jest idi. Bəs Obamanın prezidentliyi dövründə 30 illik düşmənçilikdən sonra münasibətlərin donu açıla bilərmi? Bildirilir ki, Amerikaya qarşı düşmən münasibət İranda dinin bir hissəsinə çevrilib. Amma bu il “Amerikaya ölüm!” çağırışlarında sanki əvvəlki çılğınlıq hiss olunmur. Maraqlıdır ki, Obamanın inauqurasiyası İran İslam İnqilabının 30-cu ildönümü ilə bir vaxta düşür. Kərim Səccəd vaşinqtonlu təhlilçidir. O hesab edir ki, əsas problem yaradan Tehrandır: “Mənim üçün hazırkı İranın durduğu üç sütun var: ”Amerikaya ölüm!", “İsrailə ölüm!” və qadınların çarşabda gəzməsi". Amma bu düşmənçiliyi alovlandıran təkcə İran deyil. Tehranda Amerika səfirliyinin zəbt edilməsi nəticəsində prezident Cimmi Karter təkrar prezident seçilə bilmədi. ABŞ demokratları 12 il hakimiyyətdən kənarda qaldıqdan sonra yenidən Ağ Evə və Konqresə nəzarət edirlər. Prezident Karterin təhlükəsizlik müşaviri işləmiş Zbiqnev Bjezinski deyir ki, bu aspektin vəziyyətə təsiri haqda danışmaq çətindir. Bzejinski iranlılarla ciddi danışıqlar aparmış son amerikalılardan biridir. Amma bu 30 il əvvəl baş vermişdi: “Bəli, mən baş nazir Bazarqan və xarici işlər naziri Yazdi ilə görüşmüşdüm. Onlar Xomeyni rejiminin üzvləri idilər. Şəxsi səviyyədə münasibətlərimiz çox məqbul idi. Bir müddət hətta konstruktiv idi. Lakin sonra onları, elə mənimlə görüşdüklərinə görə işdən çıxardılar”. Bzejinskinin adını çəkdiyi sabiq xarici işlər naziri İbrahim Yazdi hələ də Tehranda yaşayır. O, hazırkı iqtidarın tənqidçilərindən biridir. Yazdi doktor Bzejinskinin dediklərini təsdiqləyir: “Hazırda İranda sağçılar hakimiyyətdədir. Amma indi elə bu mühafizəkarların özləri birbaşa danışıqların keçirilməsini istəyirlər”. “Amerikaya ölüm!” şüarını hamıdan bərk qışqıranlar hazırda ABŞ-la dialoq axtarırlar. Əslində prezident Əhmədinejad, deyəsən, buna hamıdan çox həvəs göstərir. Bu ilin iyununda onu prezident seçkiləri gözləyir və ona xalqa müəyyən bir nailiyyət nümayiş etdirmək çox vacibdir. Xüsusən də İranda iqtisadi vəziyyət pisləşərkən... Lakin əsas sual belə danışıqlara İranın ali dini rəhbəri Xamneyinin necə münasibət bəsləməsidir. Kərim Səccəd deyir ki, ali lider hələ də sərt xətt tərəfdarı olaraq qalıb: “Mən Xamneyinin son 25 ildəki nitqlərinə baxanda, onun Amerika ilə hər hansı yaxınlaşmaya müsbət yanaşmasına dəlalət edən heç bir əlamət görmürəm. Ola bilsin ki, əvvəlcə kiçik addımlar atmaq lazımdır. Məsələn, bir-biri barədə deyilən söz və bəyanatların tonunu yumşaltmaq”. Ton və kontekst yəqin ki, ən asanıdır. Bəs tərəflər hər hansı məsələdə razılığa gələ bilərlərmi? Məsələn, İran İsrailə dair düşmən mövqeyini dəyişə bilərmi? Doktor Yazdi buna inanmır: “ABŞ-la münasibətləri yaxşılaşsa da, İran İsraillə yanaşmasında düzəlişlər etməyəcək. Bunun üçün Yaxın Şərqdə ədalətli sülh əldə edilməlidir”. Bu, hər halda, şərtdir. Barak Obama isə şərt qoymadan danışıqlar təklif etmişdi. Bu, deməkdirmi ki, ABŞ İranda rejim dəyişikliyinə nail olmaq məqsədindən əl çəkib? Bzejinski bu barədə belə deyir: “Əminliklə güman etmək olar ki, Obama administrasiyası açıq şəkildə bunu məram kimi bəyan etməyəcək. Lakin bu o demək deyil ki, biz İranda demokratik təkamülə qarşı çıxırıq. Biz bunu istəyirik”. Siyasət şöbəsi 132 dəfə baxılıb

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar