SON XƏBƏRLƏR

SƏDƏRƏK CAMAATI NAXÇIVANA YÜRÜŞƏ HAZIRLAŞIR

2021.10.20, 07:36
SƏDƏRƏK CAMAATI NAXÇIVANA YÜRÜŞƏ HAZIRLAŞIR

Gunaz.tv
SƏDƏRƏK CAMAATI NAXÇIVANA YÜRÜŞƏ HAZIRLAŞIR Onlar Vasif Talıbovla görüşmək istəyirlər Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Yeni il qabağı baş verən polis özbaşınalığı ara vermir. Dünən bölgədən aldığımız məlumata görə, bir qədər əvvəl həbs edilən Heydərəbad kənd sakini, 72 yaşlı gözdən əlil İsmayıl Hüseynov hələ də polis şöbəsinin təcridxanasında saxlanılır. “Sədərəklilərə rayondan çıxmağa, şikayət məktubu göndərməyə imkan vermirlər. Vəziyyət çox gərginləşib. Bu gün (dünən-red.) camaat Naxçıvana yürüş etməli idi. Amma Aşura günü olduğundan ağsaqqallar aksiyanı sabaha saxladılar. Sabah (bu gün-red.) yürüş edib Ali Məclisin sədri Vasif Talıbovla görüşməyə cəhd edəcəklər”- deyə mənbə bildirir. Yeri gəlmişkən, dünən Aşura günü ilə bağlı Şərur rayonunun mərkəzində və kəndlərində təziyə mərasimlərinin keçirilməsinə icazə verilməyib. Mənbəmizin dediyinə görə, bütün kəndlərdə məscidlərin yaxınlığında polislər olub. Naxçıvandakı hüquq-müdafiə təşkilatları isə beynəlxalq qurumlara və Azərbaycandakı diplomatik korpusa müraciət ediblər. Onlar övladlarının polis bölməsində döyülməsinə etiraz edən valideynlərə qarşı təzyiq və hədələrin dayandırılması üçün kömək istəyir, onları baş verənlərə biganə qalmamağa çağırırlar. “Azadlıq” radiosunun məlumatında deyilir ki, Naxçıvandakı rəsmi qurumlar, hətta Ombudsman Aparatı da hadisə ilə bağlı məlumat verməkdən imtina edir. Bu arada isə məlum olub ki, polisdən şikayət edən valideynləri hədələyiblər. Onlardan işdən çıxmaq və sosial müavinətlərdən imtina etmək üçün ərizə yazılması da tələb olunub. Amma Naxçıvan MR Daxili İşlər Nazirliyindən məsələyə münasibət bildirməyiblər. Ervin MİRZƏ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar