SON XƏBƏRLƏR

CEFRİ GEDMİN «AZADLIQ» RADİOSUNUN AZƏRBAYCANDA AUDİTORİYANIN 90 FAİZİNİ İTİRDİYİNİ DEYİB

2021.10.20, 07:36
CEFRİ GEDMİN «AZADLIQ» RADİOSUNUN AZƏRBAYCANDA AUDİTORİYANIN 90 FAİZİNİ İTİRDİYİNİ DEYİB

Gunaz.tv
CEFRİ GEDMİN «AZADLIQ» RADİOSUNUN AZƏRBAYCANDA AUDİTORİYANIN 90 FAİZİNİ İTİRDİYİNİ DEYİB 2009-01-08 - 10:31:00 «Azad Avropa/Azadlıq» radiosunun prezidenti Cefri Gedmin «Nyu-York Tayms» qəzetinə açıqlamada «Azadlıq» radiosunun Azərbaycanda FM-də yayımının dayandırılmasıyla auditoriyanın 90 faizinin itirilidiyini deyib. «Yeni Müsavat»ın yazdığına görə, prezident deyib ki, bu ölkədə qısa dalğa və internet-radionun o qədər böyük fərqi yoxdur, çünki azərbaycanlıların hər iki vasitəyə çıxışı çox məhduddur. Gedminin fikrincə, bu dəyişiklik azərbaycanlıları azad və müstəqil mediasız qoyub. Cefri Gedmin «Azad Avropa/Azadlıq» radiosunun mövqeyini açıqlayan C.Gedmin deyib ki, mediaya təzyiqlər və xəbər yayımının məhdudlaşdırılması keçmiş sovet ölkələrində yayılmış praktikadır. Onun fikrincə, bu ölkələrdə müstəqil mediaya qarşı ümumi bir tendensiya var: «Onlar bizi öz hakimiyyəti üçün təhlükə kimi görür». «Nyu-York Tayms»ın 7 yanvar sayında çıxan yazıda «Azad Avropa/Azadlıq»ın yaydığı press-relizdən sitat gətirilir: «ABŞ hökumətinin «soyuq müharibə» zamanı bir vasitə olaraq yaratdığı radio kommunizmin çöküşündən sonra keçmiş SSRİ-nin bir çox ölkələrində vacib xəbər mənbəyinə çevrildi. Keçmiş sovet ölkələrinin bir çox liderləri müstəqil xəbər mənbələrini və siyasi müxalifəti mühasirəyə alaraq öz hakimiyyətlərini qısqanclıqla qoruyur. «Azadlıq» radiosu belə ölkələrdə yerli hökumətlərin münasibətləri pozmaq istəmədiyi ABŞ səfirliklərinin dəstəyi hesabına salamat qalan bir-iki müstəqil mediadandır. Amma Azərbaycanda hətta Amerika hökumətinin də proqramı efirdə saxlamaq cəhdləri puça çıxmış kimi görünür».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar