SON XƏBƏRLƏR

AZƏRBAYCAN DÖVLƏTİ İLƏ AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ ARASINDA KOMMUNİKASİYADA OLAN İŞLƏRİN SİYAHISI

2021.10.20, 07:36
AZƏRBAYCAN DÖVLƏTİ İLƏ AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ ARASINDA KOMMUNİKASİYADA OLAN İŞLƏRİN SİYAHISI

Gunaz.tv
AZƏRBAYCAN DÖVLƏTİ İLƏ AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ ARASINDA KOMMUNİKASİYADA OLAN İŞLƏRİN SİYAHISI 2009-01-08 - 12:59:00 Hüquq Maarifçiliyi Cəmiyyəti Azərbaycan dövləti ilə Avropa İnsan Hüquqları Məhkəməsi arasında kommunikasiyada olan işlərin siyahısını açıqlayıb. Cəmiyyətin mətbuat xidmətindən «Media forum» saytına təqdim olunan siyahıya əlavə edilmiş məlumatda deyilir ki, hazırda Azərbaycan dövləti ilə Avropa İnsan Hüquqları Məhkəməsi arasında kommunikasiyada olan 44 iş var. Həmin işlər İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın müxtəlif maddələrinin pozuntusu ilə bağlıdır. Şikayətlərin əsas hissəsi konvensiyanın 3-cü (işgəncələrin qadağan olunması), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 10-cu (fikir ifadə etmək azadlığı), 11-ci (yığıncaqlar və birləşmək azadlığı), 13-cü (səmərəli hüquqi müdafiə vasitələri hüququ), 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələri və konvensiyanın 1 saylı protokolunun 1-ci (mülkiyyətin müdafiəsi) maddəsinin pozuntusu ilə bağlıdır. Kommunikasiyada olan işlər arasında 2005-ci ilin parlament seçkiləri ilə bağlı konvensiyanın 1 saylı protokolunun 3-cü maddəsinin (azad seçki hüququ) pozuntusundan verilən 16 şikayət var. Bundan başqa, konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 7-ci (qanunsuz cəzalandırılmamaq), 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ), 9-cu (fikir, vicdan və din azadlığı) maddələri və 1 saylı protokolun 2-ci (təhsil hüququ), 7 saylı protokolun 2-ci (cinayət işlərinə dair hökmlərdən ikinci instansiyaya şikayət vermə hüququ) və 4-cü (iki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ) maddəsi ilə təminat verilən hüquqların pozuntusuna görə şikayətlər də mövcuddur. Kommunikasiyada olan işlər sırasında Ermənistanın iki vətəndaşının (Samvel Arakelyan və Minas Sarqsyan) verdiyi şikayətlər də var. Azərbaycan dövləti ilə Avropa İnsan Hüquqları Məhkəməsi arasında kommunikasiyada olan işlər: 1. «Cümə» məscidi və başqaları Azərbaycana qarşı Şikayət N 15405/04, 28 aprel 2004-cü ildə göndərilib 2. Bəhruz Əsədbəyli və başqaları Azərbaycana qarşı Şikayət N 3653/05, 7 yanvar və 27 aprel 2005-ci ildə göndərilib 3. İslam-İttihad Asossiasiyası və başqaları Azərbaycana qarşı Şikayət N 5548/05, 17 yanvar 2005-ci ildə göndərilib 4. Ramiz Quliyev Azərbaycana qarşı Şikayət N 20908/05, 21 may 2005-ci ildə göndərilib 5. Vidadi Sultanov Azərbaycana qarşı Şikayət N 21672/05, 2 İyun 2005-ci ildə göndərilib 6. Sadiq Daşdəmirli Azərbaycana qarşı Şikayət N 26242/05, 2 iyul 2005-ci ildə göndərilib 7. Pənah Hüseyn Azərbaycana qarşı Şikayət N 35485/05, 22 sentyabr 2005-ci ildə göndərilib 8. Arif Hacılı Azərbaycana qarşı Şikayət N 35680/05, 23 sentyabr 2005-ci ildə göndərilib 9. Rauf Abbasov (Arifoğlu) Azərbaycana qarşı Şikayət N 45553/05, 23 sentyabr 2005-ci ildə göndərilib 10. Sərdar Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı (2-ci iş) Şikayət N 36085/05, 26 sentyabr 2005-ci ildə göndərilib 11. İlqar Allahverdiyev Azərbaycana qarşı Şikayət N 36083/05, 4 oktyabr 2005-ci ildə göndərilib 12. Abdul Abdulov Azərbaycana qarşı Şikayət N 40668/05, 20 oktyabr 2005-ci ildə göndərilib 13. Nadir Orucov Azərbaycana qarşı Şikayət N 4508/06, 27 dekabr 2005-ci ildə göndərilib 14. Sərdar Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı Şikayət N 4641/06, 19 yanvar 2006-cı ildə göndərilib 15. İsa Qəmbər Azərbaycana qarşı Şikayət N 4741/06, 19 yanvar 2006-cı ildə göndərilib 16. Həsən Kərimov Azərbaycana qarşı Şikayət N 12535/06, 22 mart 2006-cı ildə göndərilib 17. Yaşar Cəfərli Azərbaycana qarşı Şikayət N 16519/06, 13 aprel 2006-cı ildə göndərilib 18. Bəybala Əbil Azərbaycana qarşı Şikayət N 16511/06, 15 aprel 2006-cı ildə göndərilib 19. Nemət Əliyev Azərbaycana qarşı Şikayət N 18705/06, 20 aprel 2006-cı ildə göndərilib 20. Akif Muradverdiyev Azərbaycana qarşı Şikayət N 16966/06, 27 aprel 2006-cı ildə göndərilib 21. Əli Kərimli Azərbaycana qarşı Şikayət N 18475/06, 28 aprel 2006-cı ildə göndərilib 22. Xanhüseyn Əliyev Azərbaycana qarşı Şikayət N 19554/06, 2 may 2006-cı ildə göndərilib 23. Abbas Atakişi Azərbaycana qarşı Şikayət N 18469/06, 5 may 2006-cı ildə göndərilib 24. Eldar Namazov Azərbaycana qarşı Şikayət N 22654/06, 16 may 2006-cı ildə göndərilib 25. Qulamhüseyn Əlibəyli Azərbaycana qarşı Şikayət N 22444/06, 19 may 2006-cı ildə göndərilib 26. Elçin Rzayev Azərbaycana qarşı Şikayət N 22457/06 19 may 2006-cı ildə göndərilib 27. Flora Kərimova Azərbaycana qarşı Şikayət N 20799/06, 23 may 2006-cı ildə göndərilib 28. Sarvan Rizvanov Azərbaycana qarşı Şikayət N 31805/06, 27 iyul 2006-cı ildə göndərilib 29. Minas Sarqsyan Azərbaycana qarşı Şikayət N 40167/06, 11 avqust 2006-cı ildə göndərilib 30. Yadigar Mirzəyev Azərbaycana qarşı Şikayət N 50187/06, 14 noyabr 2006-cı ildə göndərilib 31. Nizami Kərimov Azərbaycana qarşı Şikayət N 50430/06, 18 noyabr 2006-cı ildə göndərilib 32. Ramiz Nəcəfli Azərbaycana qarşı Şikayət N 2594/07, 12 dekabr 2006-cı ildə göndərilib 33. Mübariz Yaqubov Azərbaycana qarşı Şikayət N 5763/07, 15 yanvar 2007-ci ildə göndərilib 34. Samvel Arakelyan Azərbaycana qarşı Şikayət N 13465/07, 18 fevral 2007-ci ildə göndərilib 35. Cəfər Cəfərov Azərbaycana qarşı Şikayət N 17276/07, 27 mart 2007-ci ildə göndərilib 36. Sahib Məmmədov və Rauf Bəylərov Azərbaycana qarşı Şikayət N 29607/07, 3 may 2007-ci ildə göndərilib 37. Zemfira Səfərova Azərbaycana qarşı Şikayət N 35507/07, 31 iyul 2007-ci ildə göndərilib 38. Sərvinaz Gülməmmədova Azərbaycana qarşı Şikayət N 38798/07, 8 avqust 2007-ci ildə göndərilib 39. Asif İsgəndərov Azərbaycana qarşı Şikayət N 50711/07, 8 avqust 2007-ci ildə göndərilib 40. Vəkil Həsənov Azərbaycana qarşı Şikayət N 50757/07, 8 avqust 2007-ci ildə göndərilib 41. Simuzər Hacıyeva Azərbaycana qarşı Şikayət N 50766/07, 8 avqust 2007-ci ildə göndərilib 42. Tatyana Tokareva Azərbaycana qarşı Şikayət N 50786/07, 8 avqust 2007-ci ildə göndərilib 43. Eynulla Fətullayev Azərbaycana qarşı Şikayət N 40984/07 , 10 sentyabr 2007-ci ildə göndərilib 44. Maarif Axundov Azərbaycana qarşı Şikayət N 39941/07, 12 sentyabr 2007-ci ildə göndərilib «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar