SON XƏBƏRLƏR

AVROPALI NAZİRLƏR QAZ BÖHRANINI ÇÖZÜR. «NABUKKO» YENİDƏN GÜNDƏMDƏ

2021.10.20, 07:36
AVROPALI NAZİRLƏR QAZ BÖHRANINI ÇÖZÜR. «NABUKKO» YENİDƏN GÜNDƏMDƏ

Gunaz.tv
AVROPALI NAZİRLƏR QAZ BÖHRANINI ÇÖZÜR. «NABUKKO» YENİDƏN GÜNDƏMDƏ 2009-01-08 - 13:43:00 Bu gün Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirləri Çexiya paytaxtı Praqada Rusiya ilə Ukrayna arasında qaz münaqişəsi ilə daha da aktuallaşan enerji təhlükəsizliyi məsələsini müzakirə edir. Görüşdə Avropa İttifaqının xarici əlaqələr və Avropa qonşuluq siyasəti üzrə komissarı Benita Ferrero-Valdner də iştirak edəcək. AzərTAc-ın məlumatına görə, nazirlərin görüşündə Mərkəzi Asiya qazının Rusiya və Ukraynadan yan keçməklə Avropaya nəqlini nəzərdə tutan «Nabukko» kəmərinin tikintisi layihəsinin həyata keçirilməsini sürətləndirməyi dəstəkləyəcəklər. Rusiya Avropaya mavi yanacaq ixracının 80 faizini Ukrayna ərazisi vasitəsilə həyata keçirir. Yanvarın 7-dən Ukrayna ərazisiylə qaz nəqli tam dayandırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar