SON XƏBƏRLƏR

RUSİYANIN ERMƏNİSTANA ÖTÜRDÜYÜ 800 MİLYON DOLLARLIQ YENİ SİLAHLARIN SİYAHISI ÜZƏ ÇIXDI

2021.10.20, 07:36
RUSİYANIN ERMƏNİSTANA ÖTÜRDÜYÜ 800 MİLYON DOLLARLIQ YENİ SİLAHLARIN SİYAHISI ÜZƏ ÇIXDI

Gunaz.tv
RUSİYANIN ERMƏNİSTANA ÖTÜRDÜYÜ 800 MİLYON DOLLARLIQ YENİ SİLAHLARIN SİYAHISI ÜZƏ ÇIXDI 2009-01-08 - 15:45:00 «Media forum» saytı Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi bazasından Ermənistan Müdafiə Nazirliyinin sərəncamına verilmiş 69 adda silah, hərbi sursat, texnika və avadanlıqların siyahısını əldə edib. Siyahıda göstərilən silahlar ermənilərə 102 saylı bazanın silahlanma üzrə rəisi, Şimali Qafqaz Hərbi Dairəsi komandanının silahlanma üzrə müavini, general-leytenant Vyaçeslav Qolovçenkonun imzası ilə 2008-ci ildə verilib. Bu silahların ümumi dəyəri, ekspert dəyərləndirməsinə görə, 800 milyon ABŞ dolları civarındadır. Siyahıda 21 ədəd T-72 tankı; 27 ədəd BMP-2, 12 ədəd BTR 70/80, 5 ədəd BMP-1 bazasında hazırlanmış BREM-2 döyüş maşınları; 4 ədəd ZSU 23-4 «Şilka» raketi; müxtəlif markalı «Strela» raketləri; 875 yeşik F-1, RQD-5 qumbaraları; 1050 yeşik RKQ-3/3 EM qumbarası; 7897 ədəd müxtəlif markalı (122 mm RS, 152 mm 2S3, 122 mm D-30 və s.) döyüş sursatı; 120 ədəd QP-25 lüləaltı qumbaraatanı; 2846 ədəd 5,45 millimetrlik AK-74 və AKS-74 avtomat silahları; 1472 ədəd 7,62 millimetrlik AKM və AKMS avtomat silahları; 103 ədəd NB-8 gecəgörmə cihazı; trotil şaşkaları; müxtəlif markalı (TM 62 M/P, OZM-72, PMN) minalar; 14 ədəd BM-37 minaatanları; 9 ədəd «Qrad» qurğusu (RSZO 9K51 BM-21); 10 ədəd T-55 bazasında hazırlanmış «Akasiya» qaubitsası (SAU 152 mm 1S); 14 ədəd MT-LBU bazasında hazırlanmış «Qvozdika» qaubitsası (SAU 122 mm 2 S1); 5 ədəd 100 millimetrlik «Rapira» topu (MT-12r); 210 ədəd 3 M9M3 «Kub» raketi və başqa silah, hərbi sursat, texnika və avadanlıqlar var. Xatırladaq ki, 1996-cı ildə Rusiya Ermənistana 1 milyard dollarlıq silah-sursat vermişdi. Rusiya uzun müddət bunu inkar etsə də, sonralar faktı təsdiqləməli olmuşdu. Amma bu, Rusiyanın erməniləri silahlandırması işinin dayandırılması ilə nəticələnməyib. 1996-cı ildən sonra da Rusiya ara-sıra müəyyən həcmdə Ermənistan ordusuna silah-sursat ötürüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar