SON XƏBƏRLƏR

ƏLİ KƏRİMLİ: «PİS HALDA MÜSAVATSIZ, YAXŞI VARİANTDA İSƏ MÜSAVATLA BİRGƏ TOPARLANMAĞA ÇALIŞACAĞIQ»

2021.10.20, 07:36
ƏLİ KƏRİMLİ: «PİS HALDA MÜSAVATSIZ, YAXŞI VARİANTDA İSƏ MÜSAVATLA BİRGƏ TOPARLANMAĞA ÇALIŞACAĞIQ»

Gunaz.tv
ƏLİ KƏRİMLİ: «PİS HALDA MÜSAVATSIZ, YAXŞI VARİANTDA İSƏ MÜSAVATLA BİRGƏ TOPARLANMAĞA ÇALIŞACAĞIQ» 2009-01-08 - 16:39:00 Müsavat Partiyası «Respublikaçılar» adlı təşviqat qrupu yaratmaq qərarı qəbul edib. Partiyanın mətbuat xidmətinin məlumatına görə, «Respublikaçılar» demokratik ictimaiyyətin vahid təşviqat qrupunun yaradılması ehtimalını da istisna etmir və bu istiqamətdə təklifləri dəyərləndirməyə hazır olduqlarını deyirlər. AXCP sədri Əli Kərimli «Media forum»a açıqlamasında Müsavat Partiyasının ayrıca təşviqat qrupu yaratmaq qərarından təəssüfləndiyini bildirib: - Bir neçə gündür bəzi partiyalarla, o cümlədən Müsavatla məsləhətləşmələr aparırıq. Təklifimiz budur ki, referenduma çıxarılmış konstitusiya düzəlişlərinə etiraz edən bütün demokratik qüvvələr - həm siyasi partiyalar, həm də vətəndaş cəmiyyəti nümayəndələri, həm də azad mətbuat təmsilçiləri - hamılıqla vahid bir qurumda fəaliyyətlərini əlaqələndirsinlər. İstəyirik birləşmiş demokratik cəbhə bu konstitusiya düzəlişlərinə qarşı birgə çıxış etsin. Referendum söhbəti ortaya çıxan gündən mövqeyimiz belə idi və bu istiqamətdə çoxları ilə, o cümlədən Müsavatla danışıqlar aparırıq. Biz düzəlişlərə etiraz edənlərin hamısının - heç kim üçün məhdudiyyət qoymadan, ən geniş tərkibdə - bir əlaqələndirici qurumda toplanmasını, bu dəyişikliklərə qarşı vahid təşviqat qrupu yaradılmasını təklif edirdik. Açığı, Arif Hacılının (Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri - red.) özünün etiraf etdiyi kimi, Müsavat Partiyasının tələsik qərarından təəssüflənirəm. Bu qərardan əvvəl də, sonra da Müsavat başqanı İsa Qəmbərlə müzakirələrimiz olub. Müsavat hələ də vahid təşviqat qrupunda təmsil olunmağı istisna etmir. Amma hər halda bir-iki gün də gözləyib hamılıqla bu addımı atmaq olardı. Biz heç kəsi kənara qoymadan geniş konsensus axtarırıq və hamı ilə razılaşaraq vahid, ümumi təşviqat qrupu yaratmaq istəyirik. Çox təəssüf ki, hər şey bizim istəyimizdən asılı deyil və artıq Müsavat Partiyası öz təşviqat qrupunu elan edib. - Müsavat rəhbərliyi qərarını nə ilə bağlayır? - Mən soruşmuşam, amma qaneedici heç bir cavabı olmadı. Siz də soruşa bilərsiniz. Görək niyə hamı ilə birgə təşviqat qrupu yox, özlərinin təşviqat qrupunu yaratmağı üstün bildilər. Bəlkə sizə ağlabatan cavab verdilər. Ancaq mən faciə yaratmağın tərəfdarı deyiləm. Biz Azərbaycanın demokratik kəsimini vahid təşviqat qrupunda maksimum birləşdirməyə çalışacağıq. Müsavat ayrıca təşviqat qrupunda israrlı olacaqsa belə, biz fəaliyyətimizi davam etdirəcəyik. İsa Qəmbər özü mənə deyib ki, Müsavat vahid qrupda fəaliyyət göstərmək danışıqlarını dayandırmır. Danışıqlar davam edəcək. Yanvarın 9-da siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə toplantımız var. Müsavat da bu toplantıya dəvətlidir. Səylərimizi davam etdirəcəyik. «Azadlıq» blokunda birləşən qurumlar, Klassik Xalq Cəbhəsi, Demokrat partiyaları da həmin toplantıda təmsil olunacaqlar. Referenduma çıxarılan bu düzəlişlər əslində bütün demokratik kəsimi silkələyib, hər kəs narahat olub, hər kəs ölkədə respublika dəyərlərinin məhv olmasına qarşı çıxışlar edir. Bütün bu pərakəndə çıxışlara bir düzən vermək, ölkədəki bütün demokratik qüvvələri təmərküzləşdirmək, səfərbər etmək, demokratiya uğrunda mübarizəyə camaatın ümidini, inamını bərpa etmək üçün yaxşı bir fürsətdir. Bu baxımdan yaxşı olar ki, bütün qüvvələr vahid mərkəzdə təşkilatlansın. Müsavat Partiyasının verdiyi bu qərar bizim səylərimizi dayandırmır. Pis halda Müsavatsız, yaxşı variantda isə Müsavatla birgə vahid təşviqat qrupunda toparlanmağa çalışacağıq. Martın 18-də keçiriləcək, eyni şəxsə iki dəfədən artıq təkrarən prezident seçilmək hüququ verilməsini nəzərdə tutan referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün seçici imzalarının toplanması və müvafiq sənədlərin seçki komissiyalarına təqdim olunması qaydaları Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi yeni təlimatla tənzimlənir. AzərTAc xəbər verir ki, təlimata əsasən, müvafiq seçki komissiyası referendum üzrə təşəbbüs qrupunun yaradılması barədə bildirişin alınmasına dair yazılı məlumatı həmin qrupa təqdim etdiyi gündən referendum üzrə təşviqat qrupunun yaradılması üçün seçici imzalarının toplanmasına başlanıla bilər. Referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri respublikanın bütün ərazisində referendumqabağı təşviqatın aparılması niyyətində olduqda onlar referendum üzrə təşviqat qrupunun üzvlüyünə razılığa dair ən azı 60 seçki dairəsindən 40 min seçicinin imzasını toplamalıdırlar. Bu halda bir seçki dairəsindən olan referendum üzrə təşviqat qrupunun potensial üzvlərinin sayı 100-dən az ola bilməz. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar