SON XƏBƏRLƏR

AZƏRBAYCAN PREZİDENTİ KREMLDƏN İZAHAT TƏLƏB ETMƏLİDİR

2021.10.20, 07:36
AZƏRBAYCAN PREZİDENTİ KREMLDƏN İZAHAT TƏLƏB ETMƏLİDİR

Gunaz.tv
AZƏRBAYCAN PREZİDENTİ KREMLDƏN İZAHAT TƏLƏB ETMƏLİDİR 2009-01-08 - 16:55:00 Elxan ŞAHİNOĞLU «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri [email protected]/* */ elxan.azeriblog.com Azərbaycanla Ermənistan arasında savaş çıxacağı halda Rusiyanın Ermənistandakı hərbi bazası neytral qalacaqmı? Yox! Yox! Və bir daha yox! Rusiya Ermənistanın strateji müttəfiqidir və bunu Dağlıq Qarabağ uğrundakı döyüşlərdə kifayət qədər sübut edib. İndi də Rusiya Gümrüyə yerləşdirdiyi 800 milyon dollarlıq silahı ermənilərin ixtiyarına verir. Yenədəmi susacağıq? 1996-cı ildə də Rusiyanın Ermənistana 1 milyard dollarlıq silah-sursat ötürməsi faktı üzə çıxmışdı. O zaman mərhum dövlət başçısı Heydər Əliyev Kreml qarşısında məsələni kəskin qoydu. Rusiyanın ovaxtkı dövlət başçısı Boris Yeltsin də məcburiyyət qarşısında məsələni araşdırmaq üçün komissiya yaradılması təlimatını verdi. Doğrudur, bu komissiya məsələyə barmaqarası yanaşdı, ancaq Heydər Əliyev Ermənistana ötürülən silahlar mövsuzunu bir neçə il ərzində gündəmdən düşməyə qoymadı. Yalnız Vladimir Putinin hakimiyyətə gəlməsiylə mövzu unuduldu, komissiyanın işinə isə qeyri-rəsmi xitam verildi. Rəsmi Bakı Putinlə dostluq xatirinə düşmənə ötürülən 1 milyard dollarlıq yardıma göz yumdu. Rusiya da indi Azərbaycanla bu dostluğün əvəzini Ermənistana daha 800 milyon dollarlıq silah peşkəş etməklə “ödəyir”. Bu dəfə də güzəştə getsək, silah peşkəşini müqavimətsiz həzm etsək, Kreml Azərbaycanı saymamağa öyrəşəcək. Fikrimcə, Azərbaycan prezidenti İlham Əliyevin məsələyə qarışması, Kremldən izahat tələb etməsi gərəkdir. Qoy rusiyalı rəsmilər izah etsinlər ki, Ermənistanı barıt çəlləyinə çevirməkdə məqsədləri nədir? Kreml rəsmiləri bir ağızdan Azərbaycan və Türkiyə ilə dost münasibətlərdən danışırlarsa, Ermənistandakı silahlarının sayını niyə artırırlar? Yoxsa biz nə qədər hərbi büdcəmizi artırsaq da, Ermənistan Rusiyanın hesabına silahlarının sayını həm artıracaq, həm də modernləşdirəcək. Bununla Dağlıq Qarabağ probleminin həlli də sürətlənməyəcək. Qarabağla bağlı danışıqların ümidlə irəlilədiyini söyləyən, Azərbaycana Moskvada bəyannamə imzalatdıran Kreml Ermənistana ölçüsüz sayda silah ötürməklə əslində sülh prosesində maraqlı olmadığını nümayiş etdirir. Azərbaycanın neytral diplomatiya yürütməsinin yeri qalmayıb. Rusiya Ermənistana 800 milyon dollarlıq silah ötürəcək, rəsmi Bakı isə “Azərbaycan bərabərhüquqlu münasaibətlərin tərəfdarıdır” deyib duracaq. Məsələ burasındadır ki, Kreml Azərbaycanla Ermənistana fərqli gözlə baxırsa, biz də Rusiyaya ayıq gözlə baxmağa məcburuq. Rusiya Ermənistanla strateji münasibətlərini anlaşmalarla, silah və sursat yadrımıyla təsdiqləyir. Rəsmi Bakı isə strateji müttəfiq adlandırdığı Türkiyə ilə müvafiq hərbi anlaşma imzalamaqdan çəkinir. Bu yaxınlarda Türkiyədən yüksək rütbəli hərbi nümayəndə heyəti Bakıya gəlmişdi. Əldə etdiyimiz məlumatlara görə, qardaş ölkənin hərbiçiləri arzuladıqları anlaşmanı imzalamadan Bakını tərk ediblər. İndi bu 800 milyon dollarlıq Rusiya-Ermənistan hərbi strateji ortaqlığının göstəricisi, bu da yerində sayan Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı...

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar