SON XƏBƏRLƏR

TÜRKİYƏDƏ SİYASİ İXTİLAF DAHA DA DƏRİNLƏŞLƏ BİLƏR

2021.10.20, 07:36
TÜRKİYƏDƏ SİYASİ İXTİLAF DAHA DA DƏRİNLƏŞLƏ BİLƏR

Gunaz.tv
TÜRKİYƏDƏ SİYASİ İXTİLAF DAHA DA DƏRİNLƏŞLƏ BİLƏR 2009-01-08 - 18:15:00 Yanvarın 7-də Türkiyədə “Ergenekon” əməliyyatı çərçivəsində 10-cu həbs dalğası həyata keçirilib. Bir günün içində 37 nəfər tutulub. Onların arasında kimlər yoxdur? General, yazıçı, keçmiş özəl hərəkatçı, Milli Təhlükəsizlik Şurasının keçmiş katibi, Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin keçmiş sədri, keçmiş baş prokuror... Həbs edilənlərin hamısı hakim Ədalət və İnkişaf Partiyasının, baş nazir Rəcəb Teyyub Ərdoğanın qatı tənqidçiləridir. Onların az qala hər biri nə vaxtsa televiziya ekranına çıxıb AKP-nin Türkiyəni uçuruma apardığını sübuta yetirməyə çalışıb. Hakim partiya ən çox keçmiş baş prokuror Sabih Kanadoğludan yanıqlı idi. Onu da “unutmayıblar”. Abdulla Gülün birinci dəfədən Böyük Millət Məclisində prezident seçilməsini məhz Kanadoğlu əngəlləmişdi. Onun müraciəti əsasında Konstitusiya Məhkəməsi prezidentin parlamentdə seçilməsi üçün 367 səs gərəkliyi qərarını qüvvəyə mindirmişdi. Sabih Kanadoğlu (hələ) həbs olunmayıb, ancaq dünən onun evində axtarış aparıblar. Kanadoğlu axtarışdan sonra axşam saatlarında jurnalistlərin qarşısına çıxaraq hakimiyyətə ismarıcını bu şəkildə çatdırıb: “Dünyəviliyə yönəlik hücumlar qarşısında fəaliyyətimi bundan sonra da qorxmadan davam etdirəcəm. Türkiyə heç bir zaman dinçi diktatın yerləşməyəcəyi özgür ölkə olaraq qalacaq”. Beləliklə, Türkiyədə az qala arxa plana keçməkdə olan Ergenekon işi yenidən alovlanıb. Həbs olunanların sayı 100-ü keçib. Türkiyə Cumhuriyyəti tarixində ilk dəfədir ki, yüksək rütbəli hərbiçilər həbsxanalara atılır. Dünənki həbslər sırasında görəv başında olan zabitlərə də rast gəlinib. Hadisələrin bu istiqamətdə inkişafı Türkiyənin Baş Qərargah rəisi İlkər Başbuğu narahat etdiyindən o, generalları təcili toplayaraq qapalı iclas keçirib. İclas nə az, nə çox -7 saata yaxın uzanıb. Qapalı toplantıda nələrin müzakirə edildiyi haqqında mətbuata məlumat verilməsə də, Başbuğun məqsədi aydındır. Generallar bu toplantı vasitəsilə AKP iqtidarına addımlarında diqqətli olmasını, zilə qalxmamasını, əks halda səbrlərinin daşacağını anlatmaq istəyiblər. Türkiyədə generalların səbri daşdıqda isə hansı addımlar atdıqlarını yaxın tarixdən bilirik. Hərbiçilərlə yanaşı ictimaiyyət də çaşqınlıq içindədir. Ergenekon əməliyyatı sırasında tutulanların - sağçı, solçu, hərbçi, yazıçı,jurnalist, rektor, biznesmen, partiya liderinin məqsədi Türkiyədə çevriliş etmək olub? Yoxsa prokurorluq hakimiyyətə qarşı müxalif olan insanların sadə telefon danışıqlarının dinləməsi əsasında bu qərara gəlib ki, həbs edilənlərin hamısı təxribatçı və quldurbaşı sayılmalıdır? Ergenekonçular üzərində davam edən məhkəmə hələ ki, qoyulan suallara aydınlıq gətirməyib, yeni həbslər isə problemi daha da qəlizləşdirib.İqtidar prokurorluğun müstəqil qərarlar verdiyini iddia edir, müxalifət isə Ergenekon əməliyyatının hakimiyyətinin siyasi məqsədlərinə xidmət etdiyini irəli sürür. Doğrudan da, prokurorluq Ergenekonçularla bağlı ciddi sübutlar ortaya qoymasa və bu, məhkəmədə sübutunu tapmasa, prosesin hüquqla əlaqəsi olmadığı, həbslərin siyasi bir hesablaşmaya bənzəyəcəyi ortaya çıxacaq. Bu isə Türkiyədə siyasi ixtilafı daha da dərinləşləşdirə bilər. «Atlas» Araşdırmalar Mərkəzi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar