SON XƏBƏRLƏR

İSA QƏMBƏR VAHİD TƏŞVİQAT QRUPU İDEYASINA QAPILMAĞIN TƏRƏFDARI DEYİL

2021.10.20, 07:36
İSA QƏMBƏR VAHİD TƏŞVİQAT QRUPU İDEYASINA QAPILMAĞIN TƏRƏFDARI DEYİL

Gunaz.tv
İSA QƏMBƏR VAHİD TƏŞVİQAT QRUPU İDEYASINA QAPILMAĞIN TƏRƏFDARI DEYİL 2009-01-08 - 19:40:00 Müsavat Partiyasının başqanı İsa Qəmbər «Media forum» saytına açıqlamasında deyib ki, demokratik ictimaiyyət eyni şəxsə iki dəfədən çox təkrarən prezident seçilmək hüququ verən konstitusiya dəyişikliklərinə yönəlik 18 mart referendumu ilə bağlı bir neçə təşviqat qrupu yaratmalıdır və onun buna gücü çatır: «Cəsarətlə, inamla bu işə girişmək lazımdır. Hesab edirəm ki, referendumun keçirilməsinə qarşı çıxmaq üçün bir neçə təşviqat qrupunun fəaliyyət göstərməsi daha məqbuldur». Partiya lideri digər qurumların sədrləri ilə məsləhətləşmələrin davam etməsini də vacib sayır: «Artıq iki-üç gündür Mirmahmud Mirəlioğlu ilə, Əli Kərimli ilə, digər siyasətçilərlə mənim təşəbbüsümlə əlaqə saxlanılıb və məsləhətləşmələr aparılıb. Təşəbbüs bizdən gəlib. Demokratik ictimaiyyətin referendumla bağlı birgə mövqeyini ifadə etməyin yeganə üsulu vahid təşviqat qrupu yaratmaq deyil. Referendum seçki deyil ki, müxalifət düşərgəsində bir neçə namizəd ortaya çıxsın. Seçkidə elektoratın parçalanmaması üçün vahid namizəd məsələsi ortaya atılır. Referendumda bir neçə təşviqat qrupunun yaradılması demokratik ictimaiyyətə əlavə imkanlar verər: efir vaxtının artması, komissiyalara məşvərətçi səslə nümayəndələr təyin etmək... Müsavat Partiyasında ən azı iki təşviqat qrupunun yaradılmasının mümkünlüyü müzakirə edilib. Sadəcə, vaxt çox dar olduğundan bir təşviqat qrupu yaradılması ilə kifayətləndik». Digər siyasi qüvvələrlə məsləhətləşmələrin davam edəcəyini vurğulayın partiya lideri tərəfin vahid təşviqat qrupunun bir neçə təşviqat qrupundan üstün olması haqda arqumentləri diqqətlə dinləyəcəklərini də deyib: «Ancaq biz o fikirdəyik ki, bir neçə təşviqat qrupunun olması demokratik ictimaiyyətə əlavə imkanlar yaradacaq. Bu istiqamətdə məsləhətləşmələr davam etməlidir». Müsavat rəhbəri təşviqat qrupunun qeydiyyata alınması üçün lazım olan 40 min seçicinin səslərini toplanması üçün heç də vahid düşərgədən çıxış etməyi məqbul saymayıb: «İşin asanlığı dalınca qaçmaq yox, mümkün qədər cəmiyyəti fəallaşdırmaq barədə düşümək lazımdır. Bir təşviqat qrupunun qeydiyyatdan keçmək üçün 40 min imza toplamasına ehtiyac varsa, bir neçə təşviqat qurupu yaradılması üçün daha çox insandan imza toplamaq, daha çox işləməyə ehtiyac olacaq, belədə cəmiyyət daha çox fəallaşacaq. Mən vahid təşviqat qrupu demokratik qüvvələrin birliyini nümayiş etdirə bilər ideyasına qapılmağın tərəfdarı deyiləm». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar